COP29-un baş icraçı direktoru ABŞ-də keçirilən illik enerji konfransında iştirak etdi - FOTO
Cəmiyyət
1847
20 Mar 2024 | 14:24

COP29-un baş icraçı direktoru ABŞ-də keçirilən illik enerji konfransında iştirak etdi - FOTO

Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.
 
Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.
 
Elnur Soltanov konfrans iştirakçılarına Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki gücləndirilmiş səylərindən bəhs edib.
 
“COP29 enerji keçidinin inkişaf etdirilməsi üzrə COP28-də əldə olunmuş irəliləyişlərə əsaslanaraq qlobal öhdəliklərin həyata keçirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərinə töhfə verəcək”, - deyə paylaşımda bildirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər