Lionel Messi zədələnib
İdman
2724
14 Mar 2024 | 17:28

Lionel Messi zədələnib

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.
 
Bunu MLS (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı)  komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.
 
Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə futbolçunun sağ ayağının əzələsində gərginlik yaranıb, əzələ artıq yüklənib. Bu səbəbdən 50-ci dəqiqədə əvəz olunan 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmada iştirak etməyəcək.
 
Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda qollardan birini Messi vurub.
 
Mənbə: goal.com
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər