Rusiya üçün əlimdən gələni etdim, alınmadı - Klinton
Dünya
1996
13 Mar 2024 | 09:06

Rusiya üçün əlimdən gələni etdim, alınmadı - Klinton

Bir vaxtlar Rusiyanın ABŞ-ın tərəfdaşı olması üçün əlimdən gələni etdim.
 
Bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton Praqada "Təhlükəsizliyimiz təmin olunmur" adlı konfransda çıxış edərkən deyib. Eks-prezidentin sözlərinə görə, o, Rusiyanı özünə tərəfdaş etməyə çalışıb: "Mən bunun üçün əlimdən gələni etdim. Bu cəhdlərə görə bir dəqiqə belə peşman deyiləm". O, həmçinin 1997-ci ildə imzalanmış NATO-Rusiya Təhlükəsizlik Aktını da xatırladıb: “Biz uğursuzluğa düçar olduq, Rusiya başqa istiqamətə getdi, lakin düzgün olanı etməyə çalışmaq vacibdir”.
 
Eyni zamanda, ABŞ-ın keçmiş rəhbəri hesab edir ki, yaxın 25 ildə insanların yeni, daha yaxşı tarix yazmaq şansı olacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər