Bu ölkədə atışma olub - Ölən və yaralananlar var
Dünya
3274
10 Mar 2024 | 20:16

Bu ölkədə atışma olub - Ölən və yaralananlar var

ABŞ-nin Arkanzas ştatının Consboro şəhərində bazar günü yerli vaxtla səhər saatlarında atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə yerli polis bildirib.
 
Consboro polisi öz "Facebook" səhifəsində yazıb ki, bazar günü səhər şəhərin mərkəzində hadisə yerinə gedərkən, orada güllə yaraları olan çoxlu qurban tapıblar.
 
Bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, polisə daha dörd nəfərin şəxsi avtomobillərlə xəstəxanalara aparıldığı bildirilib.
 
Polis atışmaya nəyin səbəb ola biləcəyini açıqlamayıb və xəstəxanaya aparılan insanlarla bağlı son məlumat verməyib.
 
İstintaq davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər