Hakan Fidan:
Dünya
3392
09 Mar 2024 | 10:04

Hakan Fidan: "F-16"ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

"F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.
 
O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.
 
H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər