Okean suyunun temperaturu 2024-cü ilin fevralında rekord həddə çatıb
Dünya
2209
07 Mar 2024 | 11:08

Okean suyunun temperaturu 2024-cü ilin fevralında rekord həddə çatıb

Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti bildirib ki, fevral ayında okeanlarda temperatur rekord həddə çatıb və yerüstü suyun orta qlobal temperaturu 21,06 dərəcəyə çatıb. Xidmətin məlumatına görə, bundan əvvəlki rekord ötən ilin avqustunda 20,98 dərəcə olub.
 
Bu barədə "Reuters" yazır və məlumatları narahatedici adlandırır.
 
Həmçinin, Cənub yarımkürəsində isti suların səbəb olduğu dördüncü qlobal kütləvi mərcan ağartma hadisəsinin baş verdiyi barədə xəbərdarlıq edən okean alimlərinin müşahidələri də bildirilib.
 
Agentlik yazır ki, mərcan istilik stressi nəticəsində ağarır, onların toxumalarında yaşayan faydalı yosunları sıxışdırarır.
Bu da ekosistemlərin məhvinə, sahil xətlərinin eroziyaya və tufanlara məruz qalmasına və balıqçılığın azalmasına səbəb ola bilər.
Link kopyalandı!
Son xəbərlər