Boksçumuz vyetnamlı rəqibini məğlub etdi
İdman
2324
06 Mar 2024 | 17:06

Boksçumuz vyetnamlı rəqibini məğlub etdi

Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.
 
Azərbaycan Boks Federasiyasından Moderator.az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.
 
Ş.Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.
 
Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.
 
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
 
Link kopyalandı!
Son xəbərlər