Kahramanmaraşda zəlzələ olub - FOTO
Dünya
2766
04 Mar 2024 | 13:22

Kahramanmaraşda zəlzələ olub - FOTO

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
 
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən  (AFAD) xəbər verilib.
 
Bildirilir ki, 4,4 maqnitudalı yeraltı təkanların episentri Elbistan rayonunda, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.
 
Xatırladaq ki, ötən il fevralın 6-da episentri Kahramanmaraş olan şiddətli zəlzələlər nəticəsində 11 vilayət zərər çəkdi. “Əsrin fəlakəti”ndə ümumilikdə 50 mindən çox insan həlak oldu, 107 mindən çox insan isə yaralandı.

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər