“Formula-1”: mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib
İdman
1712
02 Mar 2024 | 20:42

“Formula-1”: mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

“Formula-1” üzrə dünya çempionatında mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib.
 
Moderator.az-ın məlumatına görə, Bəhreyndə təşkil olunan yarışın birinci mərhələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını qabaqlayıb.
 
Niderlandlı üçqat dünya çempionu finişə birinci çatıb. Onun komanda yoldaşı Serxio Peres ikinci yeri tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Saynz qapayıb.
 
Qeyd edək ki, ikinci tur 7-9 mart tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər