Əbədi yumulan gözlərin, boğulan güllə səslərinin lal şahidi - REPORTAJ + FOTO
Reportaj
Oxunub: 1682
02 Mar 2024 | 14:00
Əbədi yumulan gözlərin, boğulan güllə səslərinin lal şahidi - REPORTAJ + FOTO
Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq... Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik. Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq. Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik. Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə - ömürlərini Vətənə qurban edən insanlara “vətən xaini” damğası vurulan yerə gedirik.
 
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.
 
 
Müşfiqlərin, Cavidlərin şair ruhunun incidildiyi yer
 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir. Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib. Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir. Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir.
 
 
Əl boyda işıq düşmək ehtimalı olan pəncərələr
 
Böyük bir zindanı xatırladan zirzəminin hücrəyəbənzər ayrı-ayrı otaqlarında qanlı-ağrılı repressiya dövrü qurbanlarını andıran eksponatlar var. Balaca, dar, birnəfərlik kameralar... Qapıları elə həmin dövrdən qalmadır. Balaca, açılanda bir əl boyda işıq düşmək ehtimalı olan pəncərələri var qapıların. Kim bilir kimlərin üzünə bağlanıb, kimləri dustaq edib bu tarixi özündə saxlayan qapılar?! Kim bilir kimlərə hansı insanlığa sığmayan, dəhşət sözündən daha da dəhşətli olan işgəncələr verilib bu kameralarda?! Düşündükcə, baxdıqca adamın ruhu ruhluqdan çıxır. Adam yerlə göy arasında daşa dönür, qandala dönür, dəmir barmaqlığa dönür, edam ağacına dönür burada. Amma eyni zamanda, burada azad olmağın qiymətini daha çox bilirsən.
 
 
İblis nədir? Cümlə xəyanətlərə bais...
 
Muzeyin “Dindirilmə otağı” adlanan guşəsində Hüseyn Cavidi xatırladan maketi görüncə ağlımıza bu misra gəldi. Cavid burada sanki “iblis” tərəfindən dindirilir. O dövrə aid əşyalar az olsa da, ab-havası tam şəkildə adamı 1937-ci ilə atır. Mirabbas müəllim Cavidlə bağlı qaranlıq məqamların olduğunu qeyd edir: “1939-cu il iyunun 9-da Cavidin 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb. Cavidin 1941-ci ildə Maqadanda olduğunu göstərən sənədlər var. 1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil. Ümumiyyətlə, onlarla bağlı sənədlər, qeydlər çox azdır”.
 
 
Daş divarlar arasında boğulan güllə səsləri
 
Zirzəmin lap dərinliyində iç-içə otaqlardan ibarət, digərlərindən nisbətən geniş kamera var. Mirabbas müəllim deyir ki, buranı muzey üçün təmizləyib hazırlayanda torpaqda qan izləri olub. Ona görə də, buranın güllələnmə kamerası olduğu ehtimal edilir. Allah bilir bu daş divarlar, bu daş tavan, bu daş döşəmə nə qədər qəddar insan baxışlarının, əmrlərin, atəş səslərinin, insan fəryadlarının, əbədi yumulan gözlərin, boğulan mədəniyyətin, ədəbiyyatın, elmin şahidi olublar. Bəlkə də içlərinə yığılan kədərdən, qəzəbdən qalınlaşıb bu divarlar belə. Kamera təmizlənəndən sonra buraya molla, keşiş, ravvin dəvət olunub. Hər üçü öz dininə uyğun qətlə yetirilənlərin ruhuna dualar oxuyublar. Qan izləri olan torpaq parçası isə simvolik olaraq Nargin adasında dəfn edilib. Burada eksponat kimi qoyulan, üstünə silah tuşlanan maket isə şair Mikayıl Müşfiqi andırır.
 
 
Göyə sovrulan ümidlər...
 
Muzeydə köhnə çamadanlardan ibarət, yerdən tavanacan qalxan kompozisiya var. Bəzilərinin ağzı açılıb, içərisindən şəxsi əşyaları da tökülür sanki. Bu, rəmzi bir kompozisiyadır. Sanki ömürlərini yaşaya bilməyən insanların göyə sovrulan ümidləridir bu çamadanlar. Hərəsi bir insan taleyini ehtiva edir özündə.
 
 
Təəssüf ki, repressiya qurbanları tək şairlər, yazıçılar, alimlər deyildi. Onların xanımları da bu müsibətin bir parçası olublar. Onlara deyirdilər ki, ərin vətənə xəyanət edəndə xəbər verməmisənsə, deməli, sən də xainsən! Komissarlığın 00485 saylı əmrinə görə isə “vətən xainləri”nin həyat yoldaşları heç bir məhkəmə, araşdırma, istintaq olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər. Onlar əsasən Rusiyaya, Qazaxıstana göndərilirdilər.
 
 
İnsan ölümünə qoyulan plan
 
SSRİ-nin iqtisadiyyatı planlı iqtisadiyyat idi, istehsalata limit qoyulurdu, deyir muzeyin rəisi: “Dəhşətlisi budur ki, repressiyaya da bu yanaşma tətbiq olunub. Moskvanın 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı limit qoyulub. Bu plana əsasən, Azərbaycanda 1500 insan güllələnməli, 3700 insan isə sürgün olunmalı idi. Bağırov 7250 nəfəri repressiya qurbanı edərək bu planı artıqlaması ilə yerinə yetirib”.
 
 
Muzey canlı orqanizmdir
 
Mirabbas müəllim onu da deyir ki, muzey canlı orqanizmdir. Onlar muzey üçün yeni eksponat və məlumatların axtarışını indi də aparırlar. Amma təəssüf ki, çox az şəxsi əşya əldə etmək olur. Çünki o adamların yaxınları da özlərində həmin şəxslərin sənəd, foto, kitab, cib dəftərçəsini saxlamağa qorxurdular. Həm də həbs vaxtı hamısı evlərindən maddi sübut kimi götürülür, sonra da yandırılırdı. Bundan başqa, kollektiv fotolarda həbs edilənlər varsa, fotoda onların üzünü qaraldır və ya ümumiyyətlə kəsib çıxarırdılar. Buna görə həmin dövrə aid fotolar, sənədlər, məlumatlar olduqca azdır.
 
 
Muzeydən çıxırıq, səmaya baxıb dərindən nəfəs alırıq. Dilimizdə Əhməd Cavadın “Üç rəngli bayrağınla məsud yaşa!” misraları...
 
Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanıb
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO