2225
01 Mar 2024 | 23:34

"Nüvə savaşında qaliblər olmayacaq" - Çin Xarici İşlər Nazirliyi

"Gərginliin və strateji risklərin azaldılması üçün birgə işləmək zəruridir..."
 
Çin Putinin yeni nüvə təhdidlərinə cavab verib və təmkinliyə çağırış edib
 
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi Putinin Qərb hərbçilərinin Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı son bəyanatını şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə XİN spikeri Mao Nin bəyan edib.
 
"Nüvə savaşında qaliblər olmayacaq, Çin bütün tərəfləri təmkinliyə çağırır", - bəyanatda deyilir.
 
Mao bəyan edib ki, gərginliyin və strateji risklərin azaldılması üçün birgə işləmək zəruridir. 
 
"Biz bütün tərəflərə ölçülüb-biçilmiş davranış və təmkinlik sərgiləməyə, balanslaşdırılmış, səmərəli, dialoq və məsləhətləşmələr yolu ilə dayanıqlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasına çağırırıq",  XİN nümayəndəsi vurğulayıb.
 
Putin yenidən nüvə müharibəsi ilə təhdid edir-bəlli olanlar
 
Rusiya dəfələrlə özünün məğlub olacağı, işğal edilmiş Krıma hücumlar olacağı, Ukraynaya müəyyən növ silahların veriləcəyi və Qərb qoşunlarının Ukrayna cəbhəsinə qoşunlar yeridəcəyi tədqirdə nüvə silahını tətbiq edəcəyini vəd edib.
 
Bu həftə Parisdə Ukrayna müharibəsinin müzakirəsi üçün Avropanın 20 liderinin görüşü keçirilib. 
 
Sonradan Fransa prezidenti deyib ki, onlar öz qoşunlarının gələcəkdə Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edib.
 
Kreml bəyan edib ki, bu, "Rusiya ilə NATO-nun birbaşa toqquşmasına gətirib çıxaracaq". Sonradan Putin dünyanı nüvə savaşı və onun ağır nəticələrilə təhdid edib.
Link kopyalandı!
Son xəbərlər