"NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərəcəyi təqdirdə nüvə ssenarisi qaçılmaz olacaq..."
"Qərb ölkələri Ukraynada və Yaxın Şərqdə münaqişələr törədib, indi isə Rusiyanın Avropaya hücum etmək niyyətində olduğu barədə sayaqlayır..."
Putin Federal Məclisə müraciət edib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya parlamentinə-Federal Məclisə illik müraciətlə çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri məlumat yayıb.
Kremlin seçkiöncəki adlandırdığı bu müraciət iki saatdan çox davam edib.
Putin çıxışının birinci hissəsini xarici siyasi çağırışlar və təhlükələrə həsr edib, həmçinin Qərb ölkələrini nüvə zərbəsi ilə təhdid edib.
Onun sözlərinə görə, Rusiyada nüvə silahı zəmanətli tətbiq edilməsi üçün "tam hazırlıq" vəziyyətindədir.
O, qeyd edib ki, əgər NATO öklələri Ukraynaya öz qoşunlarını göndərmək təşəbbüsünü gerçəkləşdirərsə, belə ssenari reallaşa bilər.
"Biz nə zamansa ölkəmizin ərazisinə öz hərbi kontingentini göndərənlərin taleyini xatırlayırıq. Lakin indi mümkün işğalçılar üçün nəticələr dəfələrlə faciəli olacaq. Onlar anlamalıdır ki, bizim də onların ərazilərindəki hədəfləri məhv edə biləcək silahımız var", - Putin deyib.
O, həmçinin bəyan edib ki, Qərb ölkələri Ukrayna və Yaxın Şərqdə münaqişələr törədib, indi isə Rusiyanın Avropaya hücum etmək niyyətində olduğu barədə "heç bir utanc hissi" keçirmədən "yalan danışmaqda davam edir".
Putinin sözlərinə görə, Qərb liderlərinin Rusiyanın Avropaya hücuma hazırlaşması barədə bəyanarları "sayaqlamadır".
"Biz sizinlə bunun, sadəcə, sayaqlama olduğunu anlayırıq. Lakin bu zaman onlar özləri bizim ərazimizə zərbələr endirmək üçün hədəfləri, həm də, onların düçüncəsinə görə, ən səmərəli hədəfləri seçir", - Putin izah edib.
Bu zaman o, qeyd edib ki, Qərbin Rusiyanı zəiflətmək səyləri iflasa uğrayıb.
"Üzdəniraq Qərb özünün bütün dünya boyunca milli münaqişələri qızışdırmaq kimi müstəmləkə vərdişləri ilə nəinki bizim inkişafımızın qarşısını almağa səy göstərir, Rusiya əvəzinə onlara istədiklərini törətmək üçün özündən asılı olan, sönən, ölümə məhkum olan məkan lazımdır.
Mahiyyət etibarilə onlar dünyanın bir çox regionlarında, o cümlədən Ukraynada törərdiklərini Rusiyanın da başına gətirmək, bizim evimizdə parçalanma törətmək, içəridən zəiflətmək istəyəir.
Lakin onlar yanılıb, bu gün bu, tamamilə aydın məsələdir. Onlar bizim çoxmillətli xalqımızın möhkəm mövqeyi və qətiyyəti ilə üzləşib", - Rusiya prezidenti bəyan edib.
Ukraynada həlak olan, onun bir neçə şəhərini Yer üzündən silən və qonşu ölkənin ərazisini "sönən, ölümə məhkum olan" məkana çevirən rusiyalı hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Putin Rusiyanın daxili nailiyyətlərinə və vədlər paylamağa keçib.
Rusiya prezidenti çıxışının bu hissəsində bir neçə dəfə öz auditoriyasına açıq şəkildə yalan danışıb. "İzah edə bilərik" müstəqil kanalının jurnalistləri bunu təhlil edib.
O cümlədən beşinci dəfə prezidentliyə öz namizədliyini irəli sürən Putin məlumat verib ki, 2018-ci ildəki ötən müraciətində deyilənlər yerinə yetirilib və ya onların üzərində iş davam etdirilir.
Lakin o zaman Rusiya prezidenti demişdi ki, "Rusiya dünyaya açıq olmalıdır", nəticədə isə dostları bir tərəfə, müttəfiqləri də çox azalıb.
2018-ci ildə Putin ölkədə yoxsulluğun səviyyəsini iki dəfə azaltmağı vəd edib, lakin Rusiya Statistika Xidmətinin manipulyasiyalarına rəğmən, yoxsulluq səviyyəsi yalnız 20 faiz azalıb, köhnə metodika ilə hesablandıqda isə hətta artıb.
Bir neçə misallar gətirilib:
- Putin öz nitqində bəyan edib ki, Rusiya bundan sonra da demokratik təsisatları inkişaf etdirəcək. Əslində isə Rusiya avtoritar tipli rejimi ilə beynəlxalq demokratiya reytinqində 144-cü yeri tutur.
- Putin məlumat verib ki, xüsusi hərbi əməliyyat xalqın əksəriyyəti tərəfindən dəstəklənib. Lakin "Russian Field"-in fevral sorğusu göstərib ki, ölkə əhalisinin 49 faizi dərhal sülh danışıqlarına keçməyi zəruri hesab edir.
- Putin deyib ki, ölkədə tünd alkoqoldan istifadə kəskin şəkildə aşağı düşüb. Əslində isə son 7 ildə tünd spirtli içkilərin satışı il ərzində əhalinin hər biri üçün maksimum həddə- 7, 2 litrə çatıb. Belə məlumatlar SİTA tərəfindən cəmi üç gün öncə dərc edilib.