Zahid Oruc: “Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq”
Siyasət
Oxunub: 1639
01 Mar 2024 | 12:39
Zahid Oruc: “Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq”

“7 fevral 2024-cü ildən başlayan yeni tarixdə - Azərbaycanın qalib yüz ilinin başlanğıcında, fevral ayının üzərindən məğlubiyyət keçmişinin qalib gələcəklə əvəzləndiyi bir dövrdə, yeni siyasi təqvimdə və dünyanın ən nəhəng tədbiri sayılan qlobal iqlim konfransına - COP29-a ev sahibliyi ilində hər birinizi ürəkdən salamlayırıq.

Prezident İlham Əliyevin andiçmə mərasimində  bəyan etdiyi Yeni Dövr  idealı özündə hansı siyasi hədəfləri, iqtisadi strategiyaları daşıyır, idarəetmə və sosial həyatımızda, o cümlədən regional və beynəlxalq mənafelərimizin təminatında  necə bir dəyişiklikləri gətirəcəkdir, bütün bu suallara birgə cavab verməliyik”.

Moderator.az xəbər verir ki, bu fikirləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və STM-in təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

ZAHİD EN SON.jpeg (394 KB)

Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:

“Söhbət təkcə alternativ enerjiyə keçiddən, neftə və qaza, daş kömür və tükənən digər yanacaq növlərinə tələbatı azaltmaqdan, karbon emissiyalarını sıfra endirməkdən getmir, ilk növbədə, sənaye üsulu ilə çıxarmağa başladığımız 278 illik neftin inhisarından çıxmaqdan, iki dünya müharibəsi, o cümlədən birinci və ikinci Qarabağ savaşlarının taleyində müstəsna rol oynayan bir resursun hökmranlığından xilas olmaqdan gedir. Gəlin razılaşaq ki, bu o qədər də asan deyil. Buxar maşınları, elektrik enerjisinin kəşfi, internetin ixtirası, smart və süni texnologiyaların meydana çıxması kimi, qara mayenin işğalından azad olmaq, nefti əvəzləyəcək yeni resursu tapmaq Qarabağdan sonra yeni milli ideyanı formalaşdırmaq üçün müstəsna rol oynaya bilər.

Əslində İlham Əliyev bu hərəkata çoxdan başlayıb və siz dövlət başçısının xüsusilə də  2010-cu ildən sonrakı çıxışlarına, o cümlədən qərarlarına baxsanız, əsas dövlət kursunun mühüm bir sahəsinin məhz bərpa olunan enerjiyə yönəldiyini görəcəksiniz.  Lakin o zamankı cəhdlər həmin siyasəti reallaşdırmağa məsul olan şəxslərin günahı ucbatından o qədər də uğurlu olmayıb və biz günəşə-küləyə açılan panelləri- qurğuları yolların kənarında qeyri-işlək vəziyyətdə görəndə onlara ekzotik əşyalar kimi baxmışıq, narahatlıq və itki hissi keçirməmişik. İndi daha böyük siyasi iradə ortaya qoyulub və dövlətimizin Qarabağ savaşından sonra qlobal ekoloji tədbiri qazanması böyük siyasi uğur olmaqla yanaşı, həm də tarixi fürsətdir.

Ona görə də Yeni Dövrün sualı belədir:”biz neftsiz yaşaya bilərikmi-onun hökmranlığından qurtulmağımız mümkündürmü”? Son iki yüz ildə bütün lokal və qlobal savaşların əsas səbəbilərindən biri, həmçinin hərbi mühərrikləri hərəkətə gətirən vasitə əvəzinə smart və 4-5-ci nəsil texnologiyalar, süni intellekt məhsulları ilə yaşıl enerjiyə keçid təkcə yeraltı sərvətləri qorumağa deyil, həm də son 300 illik taleyimizi dəyişdirə bilər.

Qətiyyən təəccüblü deyil ki, xalqımızla neftin taleyi bir olub.  Dəyişən formasiyalar və ideologiyalar, işğallar və çoxsaylı köçkünlük  dalğaları ilə bərabər, yeraltı sərvətlərimiz də əldən-ələ keçib. Digər tərəfdən, neftin təkcə iqtisadiyyatda payı və büdcə gəlirlərində çəkisi yüksək olmayıb, həm də gerçək həyatımızın əsas nüvəsi, mövcudluq cövhəri, ədəbi-bədii energetika və daxili mənəvi mühərrikimiz olub. İndi biz  mədəniyyət və incəsənət adamlarını, fikir və ideya təmsilçilərini  yeraltı sərvətlərdən göylərdəki enerji qatlarına, hava mədənlərinə qaldırmağı bacarmalıyıq ki, onlar Günəşi və küləyi təkcə təbiət-kainat hadisəsi saymasınlar, həm də tükənməz  enerji mənbəyi,  transformasiyası və ekoloji inqilabın əsas nüvəsi hesab etsinlər.

ZAHİD TEDBİR.jpeg (132 KB)

Lenindən Çörçillə, Hitlerdən Qorbaçova qədər sahib olmaq istədikləri Azərbaycan neftinin iqtisadi, sosial və məişət həyatımızda əhəmiyyətini aşağı salmağı bacarsaq, o zaman lənətlənməmiş resurs qazanacağıq. 1846-cı ildən bu yana ölkəmizdə çıxarılan neftin ümumi miqdarı 1971-ci ildə 1 milyard ton, 2017-cu ildə böyük təntənə ilə dövlət səviyyəsində qeyd olunan 2 miliyard ton olub. Lakin ilin bütün fəsillərində göydə Günəşi və küləyi görən azərbaycanlılar bu tükənməz sərvətdən gərəyincə istifadə edə bilməyiblər.

Biz ekoloji  tarazlıq, yaşıl enerji transformasiyası konfransında 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük gününə gedən yolun da məhz ekologiya ilə başladığını yaxşı bilirik. Çünki Qarabağ müharibəsi, 1988-ci ildə Topxana meşəsi ilə başlayan nifaq Ocağı, 2022-ci ilin 12 dekabr soyuq qış günlərində Xankəndi yoluna xüsusi təyinatla çıxan dinc ekoaksiyaçıların sülh Ocağı ilə yekun mərhələsinə çatdı. Bu təkcə rəmzi və simvolik hadisə  deyil, ana təbiətin də ilahi ədaləti idi. Bərpa olunan bütövlük, həm də müqəddəs torpaqlarımızın, onun üzərindəki canlı aləmin və bizi diri saxlayan atmosferin  də azadlğı idi. Son 20 ildə Qarabağı təmsil edən bir parlament üzvü kimi elmi əsaslara söykənərək deyə bilərik ki, ərazilərimizin işğaldan azad olunması Bərdədən Ağdama, Goranboydan Kəlbəcərə, Tərtərdən Xankəndi və Şuşayadək təkcə yolların açılması, çayların və su hövzələrinin qovuşması deyil, eləcə də hava axınlarının, yağışın, küləyin və günəşin bütün ərazi boyunca tam dövr etməsinə səbəb olub, göylərdəki Ohanyan buludunu da məhv edib.

Ona görə də ölkə rəhbərinin Yeni dövrü ilk növbədə, “Yaşıl Azərbaycan” deməkdir. Əgər Ulu öndər Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladısa, İlham Əliyev yeni yüz ilin “Yaşıl enerji kontraktları”nı həyata keçirir. Əgər biz “Yaşıl enerji”ni qazana bilsək, dənizdə hasilatın azalmasından qorxu və həyəcan keçirməyəcəyik, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik. İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsiziyinin qarantıdırsa, “Yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olsaq, o zaman Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq. Tam real bir perspektivdən bəhs edirik. O zaman orta dəhliz strategiyası öz həllini tapacaq.

DEHLİZ YENİ.jpg (197 KB)

Xatırladaq ki, 29 fevralda Parisdə öz işinə başlayan “COP-28-dən sonra” adlı tədbirdə ölkəmizi təmsil edən nazir müavini ölkəmizi Şimal və Cənub arasında iqlimi sabitləşdirən əsas körpü adlandırıb və COP 29 sammitini misilsiz fürsət kimi dəyərləndirib.

COP.jpg (112 KB)

Məlumat üçün bir neçə statistik göstəriciləri sizinlə bölüşmək istərdik. Energetika nazirliyi bəyan edir ki, Azərbaycanın bərpa olunan enerji üzrə potensialı- quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7954 MVt təşkil edir. Göründüyü kimi, bu tədbirlər nəticə verəcəyi təqdirdə, Mingəçevir su elektrik stansiyası və bütün enerji güclərindən bir neçə dəfə artıq məhsul istehsal oluna bilər.

Prezident 2021-ci il 2 fevral tarixində  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə  ölkəmizi yaşıl enerji məkanı kimi görmək istəyini bəyan edib. Nəticədə  “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin icrasına başlanılıb və hər iki layihənin fəaliyyətə başlamasında prezident özü şəxsən iştirak edib. Energetika nazirliyi tərəfindən onlarla xarici şirkət ölkəmizə cəlb olunub, bir neçə strateji sənədlər-yol xəritələri qəbul olunub.

 Lakin əsas hədəflərdən biri-azad olunan ərazilərdə bu işləri həyata keçirməkdir. İşğaldan azad edilən bölgələrdə günəş enerjisi layihələri üçün Zəngilan, Cəbrayıl, Qubadlı və Füzulinin beynəlxalq şirkətlər tərəfindən qiymətləndirilməsi aparlıb və böyük potensial təsdiqlənib. Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. “2024-yaşıl dünya” ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır. 

SESLER.jpg (418 KB)

Müqayisə üçün bildirək ki, Böyük Britaniya enerjisinin neçə faizi bərpa olunandır-2024-cü ildə bu rəqəm  39,5%- təşkil edib ki, onun da  29,0%,-ni külək,  günəş enerjisi 4,5%-ni günəş təşkil edir.

Almaniyada isə son iki ildə müəyyən azalma templərinə baxmayaraq, alterantiv enerji mənəblərinin ümumi enerji balansında payı 42.3 faiz təşkil edir.

2023-cü ilin aprelin 25-də Bolqarıstana səfəri zamanı p əsas hədəfi bir daha Qərblə enerji əməkdaşlığına xüsusi yer ayıran prezident deyir, sitat: “Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır/ Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıb”.

COP-29 konfransının Azərbaycanda keçirilməsini bütün dünya ölkələrinin dəstəkləməsi-işğal dövründə yerlə-yeksan edilən təbiət, qanunsuz talan edilən resurslar, təbiət abidələrinə qarşı görünməmiş vandalizm aktları, ekosid cinayətlərinin dünya tərəfindən etirafı kimi də yanaşa bilərik.

BMT Baş Assambleyası 2022-ci ildə tarixi qətnamə qəbul edərək -“Təmiz və Sağlam Ətraf Mühit təminatını Universal İnsan Hüququ” elan edib. Beləliklə, 161 ölkənin dəstəyi ilə ekoloji insan hüquqlarını-yeni nəsil insan hüquqları ailəsinə daxil olub. Bu əlamətdar hadisə nümayiş etdirir ki, Üzv Dövlətlər üçqat ekoloji böhran: 1.iqlim dəyişikliyi, 2.biomüxtəlifliyin yox olması və 3.ətraf mühitin çirklənmə ilə mübarizə aparmaq üçün ortaq qanuni əsasa malikdirlərVətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəziyyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional istifadə etməli və ətraf mühiti qorumalı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyalar inkişaf etdirməliyik. Biz cəmiyyətdə ekoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasına nail olmalıyıq.

Biz təhsilin bütün pillələrində – uşaq bağçalarından universitetlərə qədər ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmalıyıq. Sənaye müəssisələrimizə ekoloji nəzarəti gücləndirməsi, zərərli tullantıların azaldılması, meşə sahələrinin genişlənməsi, su ehtiyatlarından səmərəli istifadəsi, mühafizəsi və təmizlənməsinə yönəlmiş yeni “Su Məcəlləsi”nin qəbulu gündəlikdədir.

Qısa ifadə edilsə, Azərbaycan ekologiyasının qorunması üçün ən vacib məsələlərdən biri məhz ekoloji şuürun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır.

Vətəndaş cəmiyyətinin rolunun artırılması sahəsində nə edə bilərik- dövlətimizin   ən böyük sərvəti-insandır. Milli sərvətimiz- insan potensialıdır. Bu gün dünyada baş verən köklü dəyişiklikləırin arxasında duran-insan amilidir. İnsan amili vətəndaş cəmiyyəti anlayışı ilə sinonimdir.

AKSİYALAR YENİ.jpg (57 KB)

Azərbaycan xalqı bu resursun-vətəndaş cəmiyyətinin  gücünü- Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixindən başlayan uzunmüddətli aksiyada tanksız-topsuz, haroplarsız bir savşada yenidən kəşf etdi. Azad edilmiş torpaqlarda təbii sərvətlərin talan edilməsinə qarşı başlanan dinc  aksiya - Vətən müharibəsində qələbə sonrası-vətəndaş cəmiyyətinin, ictimaiyyətin   ruh yüksəkliyi  ilə Laçın-Xankəndi  yolu  üzərində tam nəzarətin bərqərar edilməsinə  qədər davam etdi. 44 günlük müharibədəki sərt gücümüzdən sonra, Qarabağ torpaqlarının, təbiətin talan edilməsinə qarşı “yumşaq gücün” işə salınması “vətəndaş cəmiyyətinin  və Vətən müharibəsi” kəlmələrinin eyni kökə malik olmasını bir daha təsdiqlədi.

Ermənistanın  torpaqlarımızı 3 onillik boyu talan edən, viran qoyan ekofaşizm siyasətinin araşdırılması və təbliği, ekoloji cinayətlərlə bağlı gerçəklərin   çatdırılması  vətəndaş cəmiyyətimizin   qarşısında duran ən mühüm vəzifədir.

Prezidentin dediyi kimi, “erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik, heç nəyi unutmamışıq və unutmayacağıq..” çağırışı onların indiki və gələcək davamçılarına ünvanlanıb. Yalnız bu səylərimizlə Ermənistanın hərbi/müharibə cinayətlərini törədən ölkə imicinə daha bir aspektdə- ekoloji cinayətkar ölkə imicinin tanıdılması yönündə  böyük imkanlar yaradacaq.

Vətəndaş cəmiyyətinin ekoloji insan hüquqları təminatında dünyada fəallıq edəcəyi daha bir sahə, Ermənistanın təbiətimizə və xalqımıza qarşı apardığı mina terrorudurMina təhlükəsi təkcə azad torpaqlara qayıdışı çətinləşdirmir, həm də yararlı və münbit torpaqların zəngin fauna və florasını məhv edir. Mina problemi Ermənistanın xalqınımızın  fundamental insan haqlarına vurduğu zərbələrin davamıdır.

MİNA.jpg (386 KB)

Azərbaycanda ekoloji profilli vətəndaş cəmiyyətinin-QHT-lərın  kəmiyyət aspektində mövcudluq dinamikası, onların keyfiyyət aspektinin, beynəlxalq fəallığının  da yüksəldilməsi ilə bağlı gözləntilərimiz var.  Ölkədə   ekoloji QHT-lərin  sayı 50-yə yaxındır.  Onların 40-a yaxını 2020-ci ildə, Vətən müharibəsindən 1 ay əvvəl prezidentin köməkçisi ilə görüşdə iştirak edib. Bu böyük qüvvə, güclü insan amilidir.

  • Azərbaycanda ekoloji profilli vətəndaş cəmiyyəti ilə yanaşı, ekoloji hərəkatların təsisi, daha sıx və koordinasiyalı fəaliyyətin təşkili vacibdir.
  • Siyasi qüvvələrin-Yaşıllar partiyasının yaradılması ən vacib tələblərdən birinə çevrilib.
  • Ekoaktivizm-aspektində mina terroruna, xəritələrin verilməməsinə qarşı etirazların, petisiyaların təşkili səmərə verə, beynəlxalq media gündəmi yarada bilər.
  • 30 illik işğal dövründə Qarabağda törədilər gerçək “ekofaşizm”siyasətinin dünyaya tanıdılması,dəymiş ziyanın ödənilməsi və cinayətkarların məsuliyyət cəlb edilməsi baxımından ən prioritet məsələlərdəndir. Beynəlxalq ekoloji hüquq və cinayətlərlə bağlı təşkilatlarla münasibətlərin qurulması, trendlərin izlənilməsi, ekoloji profilli sosial şəbəkə hesablarının yaradılması, fəallığı da gündəmdə durur.
  • Ermənilərin “kütləvi, məcburi köç, dırnaqarası etnik təmizləmə, humanitar fəlakət şüarı ətrafında dezinformasiya hücumu qurmaq cəhdlərinin ifşası yönündə tanınmış qlobal ekoloji qruplara müraciətlər, onların aksiyalarında həmrəylik nümayişi qarşılıqlı  paylaşımlar  yerli ekoprofilli QHT-lərin fəaliyyətlərində keyfiyyət istiqamətli dəyişikliklərə təkan verə bilər. Dünyadakı, xüsusilə Ermənistanda olduqca fəal olan “Ekoloji cinayətlər üzrə ixtisaslaşan  kadrların, vətəndaş cəmiyyəti, ictimai birliklərinin  yaradılması ilk sırada duran vəzifələrdəndir.

Sonda bir daha vurğulayaq ki, bütün təbii sərvətlərin zirvəsi insandır. Bir-birinə hörmət və sevgi, ədalətə inam və Qələbəyə verilən misilsiz töhfələr, sonsuz arzular və ideallar hər bir xalqın tükənməz enerji mənbəyidir. Gəlin, hər birimiz yanımızda olan həmsöhbətimizə, divarmızın o tərəfindəki qonşumuza, yaşadığımız məhəlləyyə, kəndə və qəsəbəyə o enerjini verməkdən çəkinməyək.

Bir daha hər birinizə uğurlar arzulayırıq”.

Zahid Oruc, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri

Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA