Qərb revanşistlərinə nöqtəli zərbələr...
Siyasət
Oxunub: 1942
29 Feb 2024 | 15:35
Qərb revanşistlərinə nöqtəli zərbələr...
“Simens qardaşları”ndan Mixael Harmsın rəhbərlik etdiyi heyətədək yol gələn əməkdaşlıq nümunəsi
 
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ildən başlasa da, Azərbaycan-Almaniya münasibətlərinin tarixi əsrlər öncəyə gedib çıxır.
 
İki xalq arasında əlaqələrin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir, 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisindəki mis yataqlarının əsasında iri misəritmə zavodlarını tikməyə başlamasından...
 
7464.jpg (59 KB)
 
Təsəvvür edin, həmin zavodlarda əridilən mis Qafqaz bölgəsindəki istehsalın 2/3 hissəsini təşkil edib. Daha sonra adı çəkilən şirkət Daşkəsəndəki kobalt yataqlarının istismarına başlayıb, iş yerləri açılıb, yerli kadrlar yetişib. Sonrakı dövrlərdə Göygöl və Şəmkir bölgələrində yaradılan alman koloniyaları hesabına bu ərazilərdə alman məhəllələr formalaşıb. 20-ci əsrin ən gözəl arxitektura nümunələrindən biri olan Hökumət Evinin tikintisində də alman əsirlərin əməyi var. Bu mənada Almaniyadan Azərbaycanla geniş əməkdaşlıq məqsədilə ölkəmizə 40-dan artıq şirkətinin rəhbərlərinin, həmçinin iş adamlarının gəlməsi, Prezident İlham Əliyevin qəbulunda olmaları həm də tarixi ənənələrə söykənir. Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə olduqca mühüm mesajlar verdi.
 
Dövlət başçısının bu qəbulu Almaniyada keçirilən ənənəvi Münxen Təhlükəsizlik Konfransından sonraya, kansler Olaf Şoltsun təşkilatçılığı ilə baş tutan görüşdən sonraya, eyni zamanda Berlində, Azərbaycan-Ermənistan XİN başçılarının sülh danışıqlarının növbəti raundunun keçirildiyi günə təsadüf etdi. İstisna deyil ki, təsadüf yox, zərurət idi həm də. Azərbaycanla əməkdaşlığın ancaq faydalı olduğunu başa düşən, Azərbaycanın rolunu və coğrafi mövqeyini, potensialını dəyərləndirən Almaniya kimi ölkələrlə əməkdaşlıq Azərbaycan üçün da vacibdir.
 
acf866cf-83aa-3086-8591-c165fb19.jpg (79 KB)
 
Bu mənada iki ölkə arasında münasibətlərin müsbət inkişaf dinamikası tərəflərə yalnız faydalı perspektivləri vəd edir. Təsadüfi deyildi ki, rəsmi Bakı hələ Qarabağın Ermənistanın işğalı altında olduğu illərdə həmsədrlərin fəaliyyətsizliyinə son qoyulmasından ötrü sıraların genişləndirilməsini, Ermənistanın mövqeyindən çıxış edən ölkələrin qarşılığında Türkiyə olmasa da, ən azı Almaniyanın vasitəçi dövlət kimi proseslərə qatılmasını zəruri sayırdı, lakin bu təşəbbüs də qəbul edilmirdi.
 
Təbii ki, bu, Almaniyanın siyasətinə etimadın məntiqi nəticəsiydi. Düzdür, bir sıra hallarda “erməni barmağı” Berlin divarlarını da “dəlməyə” nail olur, “alman dəqiqliyi” barədə Azərbaycanda möhkəmlənmiş yanaşmalara “xal” düşür. Məsələn, ötən il Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşməsini əsaslandırmağa çalışmış, iddia etmişdi ki, guya Bakıda da Ermənistandan köçmüş şəxslərlə görüşüb. Amma məlum olmuşdu ki, ümumiyyətlə, belə bir görüş olmayıb. Nə isə...Ümid edirik ki, bu kimi yanlışlıqlar, anlaşılmazlıqlar keçmişdə qalacaq. Hər halda ədalət naminə 28-29 fevralda Berlində, dövlət başçılarının təlimatı əsasında XİN başçılarının görüşünün təşkilində xanım Berbokun əməyi qeyd olunmalıdır.
 
Məhz bu kimi nümunələri nəzərə alan Azərbaycan Prezidenti qəbulundakı alman iş adamları ilə görüşü zamanı bildirdi ki, Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb, eyni zamanda Almaniya neytrallıq nümayiş etdirir.
 
Sitat: “Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir”. Bu, Qarabağla bağlı ədaləti təmin etmiş liderin Almaniyanın mövqeyinə ədalətli, obyektiv yanaşması, böyük qiymətidir.
 
Dövlət başçımız xüsusi vurğuladı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.
 
 Prezident bu mesajlarla həm də AŞ PA tribunasından Azərbaycana məhz Fransanın təşkilatçılığı ilə çamır atan Almaniya Bundestaqının deputatı, qurumdakı deputat nümayəndə heyətinin rəhbəri Şvabe kimi qeyri-dəqiq almanların islah olunması zəruriliyi mesajını vermiş oldu. Erməni lobbisinin sıralarında yer almış, gözlərini çirkli pullar örtmüş bu kimi şəxslər xaric səsləri ilə həm də Almaniya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd göstərirlər, bunu isə ölkəmizdə maraqları olan alman iş adamları da bilməli, həmçinin Almaniya hökumətinin rəsmiləri də məsələnin fərqinə varmalıdır. Onlar bilməlidir ki, Fransanın Azərbaycana qarşı qərəzinin təməlində Qarabağın azad olunması, cinayətkar xunta rejiminin kökünün qazılması dayanır. Odur ki, dövlət başçısı xatırlatdı: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib”.
 
Alman heyətlə görüşdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin də cavabı verildi. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır”-söylədi dövlət başçısı. Anti-Azərbaycan kampaniyasının başında dayanan avropalı siyasətçilərdən biri olan Borelə ötən il də sərrast cavab verilmişdi, yəqin xatırlayırsınız. “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cosep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”-söyləmişdi Prezident. Amma görünür avropalı diplomatın hələ də reallığı dərk etməsinə ermənilərin çirkli pulları imkan vermir. Əks təqdirdə, fevralın əvvəlində Ukraynaya səfər edib, Rusiyaya qarşı sinəsini irəli verən Borel heç olmasa təkbaşına öz ərazilərini işğaldan azad edən Azərbaycana qarşı kin qusmazdı, susardı, ədalətli mövqedən çıxış etməsə belə…
 
borrel.png (441 KB)
 
Nə baş verib? Azərbaycan Ermənistanla sülh danışığı aparır, bölgədə əbədi sülhün təmin olunması üçün təkliflərini təqdim edir, bəzi qüvvələr niyə növbəti eskalasiya nağılını uydururlar? Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bu gərginliyi tətikləyən Fransa başqa olmaqla Qərb dairələridir, təbii, qonşu ölkələrdən də “pay” düşür. Amma Azərbaycan müharibə tərəfdarı deyil! Dövlət başçısının qeyd etdiyi kimi,  Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Bu günədək Ermənistan sülh prosesini pozmaqdan ötrü dəridən-qabıqdan çıxır. Budur, Berlində nazirlər arasındakı görüşün ikinci günündə, İrəvan açıqladı ki, Laçın rayonu istiqamətindən hələ dəqiqləşməyən sərhədi keçən Azərbaycan əsgərinə qarşı 5 maddə ilə ittiham elan olunub! Sülhü pozan kimdir? Borel danışsın da, niyə danışmır? Makron da susacaq, çünki ayın əvvəli generalını yollamışdı həmin istiqamətdə təxribat planı cızmağa, silahlar, raket sistemləri, zirehli texnikanın növbəti partiyası yol üstədir…Sülhü pozan belə olur!
 
Ölkə başçısının xatırlatdığı kimi, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Amma və lakin bu gün ermənilərin yanında səf çəkənlər bir dəfə də olsun azərbaycanlıların durumundan bəhs etmədilər. Bu gün də öz istəkləri ilə Qarabağdan köçən ermənilərin yanında olanlar Ermənistandan qovulan 300 min azərbaycanlını “unudurlar”. Bəli, bu, “ikili standartlar” siyasətinin təzahürüdür, bəlkə də daha çoxüzlü standartlar tətbiq olunur. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı, amma Fransadan hərbi dəstək alır, ordusunu yenidən qurur, müasir silahlarla. Bu, nonsensdir!
 
Ölkəmizin başçısı da haqlı olaraq vurğuladı ki, Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Sitat: “Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir”.
 
Strasburqdakı ədalətsizliyə dövlət başçısının sərt etirazı təsadüfi deyildi. Axı, alman Şvabe gedib budəfəki “Səlib yürüşü”nün önündə. Odur ki, almanlar üçün də yaddaş dəfətçəsinə yazılmalı məqamlar var.
 
frank-svabe.jpg (63 KB)
 
Sitat: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür... Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”. Bu fikirlər 44 günlük müharibə dönəmində Prezidentdən müsahibə götürən alman jurnalistin “Qarabağ sizin nəyinizə lazımdır", kimi əcaib sualını xatırlatdı. O zaman dövlət başçımız möhtəşəm cavabı ilə erməni oyuncağını nokauta salmışdı, gərək Şvabe kimilər də unutmasınlar, İlham Əliyev heç nəyi boşuna demir, dedisə, davamı gələcək!
 
Prezident alman nümayəndə heyətinə ölkəmizdə iş qurmaq üçün hər cür şəraitin olduğunu Azərbaycanın davamlı inkişaf edən ölkə olduğunu, ölkəmizdə gedən proseslərin və həyata keçirilən işlərin Azərbaycanın normal həyatını təmin etdiyini söyləməklə çatdırdı. Yəni buyurun, kimsə mane olmayacaq, ikitərəfli əlaqələrə töhfə üçün hər cür imkan var. Amma kiminsə ağlında Azərbaycana diktə etmək keçərsə, cavabını alacaq, necə ki, Makron kimilər alır...
 
Sərrast ifadələrdir: “Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək...Və “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
 
Kəsəsi, Qərb revanşçılarına endirilmiş “nöqtəli zərbə”lərdir. Anlayan üçün hər şey deyilib. Ziyanın yarısından qayıtsalar, “maşa” kimi istifadə etdikləri Ermənistanı da xilas etmiş olarlar, Azərbaycanla körpüləri də birdəfəlik yandırmazlar. Hər halda, alman nümunəsi göstərdi ki, əsrlər boyunca Azərbaycanla normal münasibətləri qoruyub-saxlamaq mümkündür. “Simens qardaşları”ndan Mixael Harmsın rəhbərlik etdiyi heyətədək yol gələn əməkdaşlıq nümunəsi ortada...
 
Elşad Paşasoy,
Musavat.com
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib