Nazir: “Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq” - FOTO
İqtisadiyyat
2274
28 Feb 2024 | 16:19

Nazir: “Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq” - FOTO

“Mətanət” MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib”.
 
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
 
Onun sözlərinə görə, şirkət parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq.
 
“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər