Ukrayna səfiri Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib
Dünya
2012
26 Feb 2024 | 11:54

Ukrayna səfiri Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
 
Mderator.az-ın xəbərinə görə, diplomat "X" hesabında yazıb ki, cəzasızlıq yeni cinayətlərə səbəb olur.
 
"Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? Bu gün Rusiyanın Ukraynaya qarşı törətdiyi cinayətlər birbaşa Xocalı faciəsinin cəzasız qalmasının nəticəsidir" - o bildirib.
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər