Azərbaycanda general vəzifəsindən AZAD OLUNDU - Digər nazir müavinləri isə...
Cəmiyyət
2995
26 Feb 2024 | 11:06

Azərbaycanda general vəzifəsindən AZAD OLUNDU - Digər nazir müavinləri isə...

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
 
Bu barədə müvafiq sərəncam imzalanıb.
 
Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.
 
General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
 
 
Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.
 
Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun "WhatsApp" ünvanına sorğu da göndərilib.
 
Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib./Qaynarinfo  
Link kopyalandı!
Son xəbərlər