Əlilliyi olan şəxslərin iştirakı ilə ekologiyaya dəstək mövzusunda layihə həyata keçirilib
Mədəniyyət
2370
26 Feb 2024 | 09:03

Əlilliyi olan şəxslərin iştirakı ilə ekologiyaya dəstək mövzusunda layihə həyata keçirilib

Əlilliyi olan şəxslərin iştirakı ilə ekologiyaya dəstək mövzusunda unikal layihəhəyata keçirilib.
 
Milli Xalça Muzeyində “Upcycle Twenty by Sabina Zulalova” layihəsinin təqdimatı keçirilib. Bu layihə Milli Qurama sənətinin elementlərini əks etdirən “Swan-maiden” moda evinin iyirminci ildönümü ilə bağlı Ekologiya və əlilliyi olan insanlara dəstək mövzusunu əhatə edib. Layihə tullantı materiallarından istifadəni özündə ehtiva edib. Dizayner Səbinə Zülalova əvvəlki kolleksiyalardan bəzi geyimlərə yeni nəfəs verib, onları qurama elementləri ilə zənginləşdirib. 
Fabriklərin işi atmosferi çirkləndirir və poliqonlar daim iqlim dəyişikliyinə təsir edən tullantılarla dolu olduğundan, bu layihədə dizaynerləri yeni kolleksiyalar yaratmaq üçün tullantı parçalarından istifadə etmək çağırışı önə çıxarılıb. Layihədə ekoloji dəstək mövzusu prioritet təşkil edib. Tədbir çərçivəsində həmçinin əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiya Mərkəzinin yetirmələrindən olan 10 müəllifin 5 istiqamət üzrə 400-ə yaxın əl işinin nümayişi və satışı təşkil edilib. 
Tədbirin daha bir məqsədi əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi və  onların cəmiyyətə inteqrasiyasına dəstəkdən ibarət olub. Tədbirdə eyni zamanda Peşə-əmək Reabilitasiyası Mərkəzində kurs keçən əlilliyi olan şəxslərin hazırladıqları milli geyimlər və aksesuarlar nümayiş etdirilib.
 Mərkəzdə peşə sirlərinə yiyələnən 5 gəncə (onlardan 4 nəfəri Vətən müharibəsi əlili olmaqla) Skillwill neo-universiteti tərəfindən İT üzrə 7 aylıq təlim keçmək üçün sertifikatlar təqdim edilib.
 
20 il ərzində yaradılan müxtəlif kolleksiyalardan geyim qarışığı olan “Vintage” kolleksiyası, eləcə də Saima Mədətovanın podiumda görünüşü alqışlarla qarşılanıb.
Modelyer ilk dəfə 2003-cü ildə hələ qızının doğulmasını gözləyərkən “Qu şahzadəsi” (marka adının tərcüməsi) kolleksiyasını ictimaiyyətə təqdim edib. Gecədə həmçinin müğənni və bəstəkar Sivva “Sabahın xeyir, Şuşa” mahnısı ilə Səbinə Zülalovanın xüsusi olaraq bu mahnı üçün hazırladığı libasda çıxış edib.
 
Link kopyalandı!
Son xəbərlər