“Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov ona dedi ki, qızları...”-Xocalının 8 günlük əsiri-FOTO+ÖZƏL
Ekskluziv
Oxunub: 10203
26 Feb 2024 | 09:31
“Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov ona dedi ki, qızları...”-Xocalının 8 günlük əsiri-FOTO+ÖZƏL
“Xocalı canilərinin bir çoxu tutularaq ölkəmizə gətirilib. Amma mən Vitali Balasanyanı gözləyirəm. Allaha yalvarıram ki, onu diri-diri tutub Azərbaycana gətirsinlər. O necə ki, gülərək, bizi sorğu-sual edirdi, mənim də ona suallarım var. Özü də çoxdur. Onlar burada çay içir, sivil qaydada həmin cinayətkarlarla davranırlar, amma kamerada qalanda bizə  heyvan kimi münasibət göstərirdilər. Üzümüzə tüpürürdülər, ayaqqabını ağzımıza soxurdular, təhqir edib, zülm edirdilər, zəncirləyirdilər. Biz bu günləri unutmamalıyıq. Mən necə erməni ilə birgə yaşaya bilərəm?! Baxmayaraq ki, ağır xəstəyəm, bu gün xərçəngəm, amma danışmağı özümə borc bilirəm. Düzdür, efirlərə getmək mənim üçün ağırdır, amma telefon vasitəsilə məndən müsahibə alırlar, jurnalistləri evimə dəvət edirəm. Gücüm qalmayıb, amma yenə də danışmaq mənim borcumdur. Mən bəzən gənclərimizə heyfslənirəm. Jurnalistlər xüsusi günlərlə bağlı şəhərdə sorğu aparır, o gənclərin əksəriyyəti tarixi günləri, qan yaddaşımızı bilmirlər. Mən istərdim ki, mənim vətənimin övladları, gəncləri savadlı olsun”
 
Bunu Moderator.az-a açıqlamasında 8 gün erməni əsirliyində qalan qadın Dürdanə Ağayeva deyib. O daha sonra həmin illəri xatırlayıb.
“Xocalı mənim anamın vətəni idi, atam Ağdamdan idi. Amma mən Xocalıda dünyaya gəlmişdim, orada yaşamışdım, orada işləyirdim. Evin böyük qızı, 3 qardaşın tək bacısı idim. Uşaqlıqdan telefonçu olmaq istəyirdim. “Telefonçu qız” filminə baxıb öz gələcəyimi düşünürdüm. Nə biləydim ki, bir gün əsir düşəcəm və əsirlikdə də daha çox əzab-əziyyət, zülm görməyimin başlıca səbəbi də telefonçu olmağım olacaq?! 1992-ci ilin fevral ayında artıq Xocalının bütün yüksəklikləri tutulmuşdu. Kənddə heç bir hərbi maşın yox idi. Rabitəçi olduğum üçün bütün danışıqları eşidirdim. Erməni deyirdi ki, sizə qan udduracağıq. Bir dəfə Milli Qəhrəman Əlif Hacıyevə zəng edib bunu dedim. Dedi ki, “erməni qandan qorxan millətdir, o bizə necə divan tuta bilər?” Əlbəttə ki, onlar təkbaşına deyildi, dəstək olan qüvvələr var idi. Gecə saat 11 radələrində Xocalı ağır artilleriya atəşinə tutuldu. Bizim heç nədən xəbərimiz yox idi. Qonşu qadın qaçaraq gəlib dedi ki, “oturmayın qaçın, qonşu kənddə axıska türklərini öldürürlər, indi bizim kəndə gəlirlər”. Üzü meşəyə tərəf qaçdıq. Ermənilər artıq kəndimizdə idi. Onlar evlərimizi yandırırdılar. O evlər yanırdı, işığı yola düşürdü. Biz Qarqar çayına tərəf gəlirdik. Təsəvvür edin, çay donub, qar sinəmizə qədər qalxıb. İnsanlar bir-birinin üstünə yıxılırdı.. Qardaşım Elşad qabaqda idi, məndən arxada da Valeh və onun hamilə yoldaşı var idi. Bir də gördüm ki, Valeh qışqırır.. Sən demə onun hamilə yoldaşını öldürdüblərmiş. Artıq taqətimiz qalmamışdı.. Bu zaman erməniyə əsir düşdük. Ən ağrılı günlərim ondan sonra başladı. Bizi yolboyu təhqir edə-edə Əsgəran rayon Polis İdarəsinə gətirdilər. Təsəvvür edin, 20 yaşım var, axı o söyüşlərdən, təhqirlərdən utanıram.. Qardaşım da yanımdadır. Anam məni axı əsir düşmək üçün dünyaya gətirməmişdi! Mənim də digər qızlar kimi gənclik arzularım var idi. Monte Melkonyan, Vitali Balasanyan, Karo mənə o qədər zülmlər verirdilər ki.. Qadınları ayrı kameraya salmışdılar, kişiləri də ayrı. Qadınları aparıb uşaqlarının başını onların gözü qarşısında kəsirdilər.. Həmin analar yanımda lay-lay oxuyurdu.. Qaldığım kamerada qonşu otaqdan kişilərin elə səsləri gəlirdi ki.. Dözə bilmirdim, bədənimi dişləyirdim, qulaqlarımı tuturdum. Rabitəçi olduğum üçün mənə “svyazka” deyib o ki, var döyürdülər.. Palçıqlı batinkanı ağzımın içinə o qədər salmışdılar ki.. Palçıq gəlib boğazımın dibinə çatmışdı.. Bir dəfə də Karo məni öz həyətimizdə o qədər döydü ki.. Mən heç nə hiss etmirdim, bədənim hissiyatını itirmişdi. Amma sevinirdim ki, öz evimizin həyətində döyülürəm. Buz kimi vannanın içinə salıb 5-6 saat saxladırdı. Bir dəfə də o qədər döyülmüşdüm ki, huşumu itirdim. 7-8 saat çılpaq vəziyyətdə məni qarın altında saxlamışdılar.. Kliniki ölüm keçirmişəm. Hiss edirdim ki, yerdəyəm, amma bədənim donub.. Orta barmağımı ağzıma salıb özümü ögütdüm.. Dilimi dişlədim.. Mən indi də orta barmağımı əzizləyirəm. Sonra erməni dedi ki, nəbzinə baxmışdıq, sən axı ölmüşdün, necə dirilmisən?! Elə təzə ayılmışdım ki, bir qadın gördüm. Sevindim ki, qadındır da, mənə dəstək olar. Həmin qadın dedi ki, mən Sumqayıtdan gəlmişəm, erməniyəm. Məni dubinka ilə o qədər döydü ki.. Ölməyib yaşayıramsa bu günümə şükürlər olsun.. Amma necə yaşayıram?! Şəkər xəstəliyi tapdım, xərçəng oldum.. Siz təsəvvür etməzsiniz ki, mən işğaldan sonra əsirlikdə saxlanıldığım yerlərə getdim.. Ora gedəndə ayaqlarım yerdən kəsildi, yıxıldım. Gözümü yumdum, bir anlıq hiss etdim ki, oradayam. Əsirlikdə saxlanıldığım yerdə bir ayaqyolu var idi. Orada o qədər başlar kəsildi ki.. Məni boğazımdan həmin unitaza bağlamışdılar.. İt kimi zəncirdə idim” deyə Dürdanə Ağayeva bildirib.
Dürdanə Ağayeva əsirlikdən xilas olunduğu günü belə xatırlayır.
 
“Allah Allahverdi Bağırova qəni-qəni rəhmət etsin. Görün erməni nə qədər aciz bir millətdir ki, əsirləri siqaretə, yanacağa, çörəyə dəyişirdi. Allahverdi Bağırov Vitali Balasanyana demişdi ki, nə istəyirsən verəcəyəm, mənim əsirlikdə qalan qadınlarımı qaytar! Balasanyan ondan it kimi qorxurdu. Bütün qadınları geri qaytardılar. Mən getmədim. Allahverdi Bağırov Balasanyana demişdi ki, mənim orada rabitəçi bir qızım var, onu niyə qaytarmadın? O da demişdi ki, mən ona təklif etdim, o özü getmək istəmədi, indi də mən onu geri qaytarmıram. Vitali Balasanyana dedim ki, ya qardaşımla birgə gedəcəyəm, ya da ki, burada qalacam. Qardaşımın adını soruşdu, göstəriş verdi ki, onu gətirsinlər. Qardaşım içəri girən kimi təsəvvür etməzsiniz ki, onun ayaqlarından o qədər yapışıb öpdüm ki. Məni qardaşımın gözünün qabağında o qədər döydülər ki.. Qardaşımın gücü ancaq ağlamağa çatırdı.. Çarəsiz idi. Beləliklə 8 günlük əzab-əziyyətdən sonra bizi xilas etdilər.. Əsirlikdən qayıdanda rəhmətlik operator Seyidağa Mövsümlü bizi çəkirdi. Allahverdi Bağırov ona göstəriş vermişdi ki, qadınları danışdırmasın. Mən hamını günahkar bilirdim. Hamıya qışqıra-qışqıra deyirdim ki, niyə qoydunuz ki, əsir düşüm?! Nənəm başımı sığallayırdı, saçımı darayırdı. Anam bədənimdəki işgəncələri görüb üzünü cırmışdı” deyə keçmiş əsir bildirib.
Dürdanə Ağayeva bildirib ki, hazırda xəstəliyi də yadından çıxıb, nənə olmağın sevincini yaşayır.
 
“10 gün bundan öncə nənə oldum. Evimə huzur gəlib. Siz təsəvvür edirsiniz mən nənə olanda məni kimlər təbrik etdi?! Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva mənim nəvəm üçün hədiyyə göndərdi. Bu illər ərzində dövlətimdən, ölkə başçımdan, Leyla xanımdan, Mehriban xanım Əliyevadan o qədər hörmət, dəstək görmüşəm ki. “Əsirlikdə 8 gün” adlı kitab yazdım. O kitabı bir çox ölkələrdə tanıtdırdıq, təbliğ etdik. Leyla xanım dedi ki, ömrümün sonuna qədər sənin yanındayam. Bu söz bilirsiniz mənim üçün necə dəstəkdir?! Mənim ailə həyatı qurmağım, övlad sahibi olmağım bir möcüzə oldu. İndi xəstəliyim yadımdan çıxıb, nənəlik sevincini yaşayıram. Dövlətimin sayəsində ən yaxşı xəstəxanalardan birində müalicə alıram. Hamı mənə hörmət edir. Gənclər ana, böyüklər isə mənə bacı deyir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə ömür versin. Onların sayəsində torpaqlarımızı xilas etdik. Əlbəttə ki, cənab prezidentimiz göstəriş verməsəydi bir güllə də atılmazdı. Bütün Azərbaycan xalqı bu günlərə görə onların hər birinə minnətdardır” deyə Dürdanə Ağayeva deyib.
 
 
 
Oxşar xəbərlər
19:53, Bu gün
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
19:45, Bu gün
FHN əməkdaşı faciəli şəkildə ÖLDÜ
19:38, Bu gün
Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?
19:30, Bu gün
Başına bit düşdü, dərman isə əcəli oldu
19:23, Bu gün
Mətanətin əziyyət verən  xəstəliyi
19:15, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO
19:07, Bu gün
Ağadadaşın mahnısı davadan sonra TRENDƏ DÜŞDÜ - VİDEO
19:01, Bu gün
Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL
18:56, Bu gün
Yeni ÖLÜMCÜL VİRUS
18:50, Bu gün
Gəlin qayınanasını  baltaladı
18:43, Bu gün
Azərbaycanlılar getdikcə daha çox içirlər - Səbəbləri açıqlandı
18:36, Bu gün
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə
18:34, Bu gün
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
18:31, Bu gün
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
18:23, Bu gün
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
18:16, Bu gün
Böyük qardaşını öldürüb, anasını yaraladı
18:08, Bu gün
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
18:00, Bu gün
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
17:59, Bu gün
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
17:58, Bu gün
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
17:51, Bu gün
Neftçalada məktəb binasında YANĞIN
17:45, Bu gün
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
17:43, Bu gün
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
17:32, Bu gün
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
17:24, Bu gün
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
17:17, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
17:10, Bu gün
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
17:03, Bu gün
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
16:55, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16:53, Bu gün
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
16:48, Bu gün
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
16:41, Bu gün
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
16:34, Bu gün
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
GÜNLÜK
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı