İdman
3275
23 Feb 2024 | 10:42

"Qarabağ"ın rəqibi onlardan biri OLACAQ

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq.
 
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimində "Qarabağ"ın mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04” (Almaniya) ola bilər. 
 
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.
 
Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər