700 minlik dələduzluq edən politoloqa hökm oxundu - FOTO
Kriminal
2560
19 Feb 2024 | 11:47

700 minlik dələduzluq edən politoloqa hökm oxundu - FOTO

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub.
 
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
 
Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, iş üzrə “Paşabank” ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə “Paşabank”a qarşı mənimsəmədə ittiham olunur.
 
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. /Report/

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər