“Qarabağ”ın futbolçusu Avropa Liqasında həftənin oyunçusu seçilib
İdman
2018
16 Feb 2024 | 19:13

“Qarabağ”ın futbolçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
 
UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.
 
O, səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.
 
Xatırladaq ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Link kopyalandı!
Son xəbərlər