Erməni separatçıları “siyasi məhbus” kimi sırıyan, etnik təmizləməyə ikili yanaşan Fransa - ŞƏRH + FOTO
Siyasət
Oxunub: 2099
15 Feb 2024 | 17:50
Erməni separatçıları “siyasi məhbus” kimi sırıyan, etnik təmizləməyə ikili yanaşan Fransa - ŞƏRH + FOTO
Tarixi hərbi cinayətlərlə, etnik təmizləmələrlə dolu olan Fransa rəhbərliyi yenə də öz ampluasındadır. Bu ölkənin Azərbaycanofob, türkofob qərarları ilə seçilən Senatının Beynəlxalq əlaqələr komitəsi növbəti dəfə Bakıya qarşı qərəzli qətnamə qəbul edib. “Sənəd”də Qarabağdan könüllü çıxan ermənilərin guya “etnik təmizləmə”yə məruz qaldıqları yazılıb, eləcə də, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran gülünc fikirlər yer alıb. Erməni lobbisinin təsiri altında olan senator Yuber Jülyen Laferrier isə daha irəli gedib, hazırda Bakıda həbsdə olan, məhkəmələrini gözləyən erməni separatçılar və terrorçuları “siyasi məhbus” adlandırıb. Ardınca da, Fransa və Avropa İttifaqından həmin şəxslərin azad olunmasına dəstək olmağı tələb edib.
 
Əvvəla ondan başlayaq ki, Senatın ən böyük komitəsinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi cəfəngiyyatdır. Ermənilərin bölgəni tərk etməyə məcbur edilməsi də kökündən yalandır və bunu faktlarla sübut etmək mümkündür. Məsələn, bu iddianı hətta Ermənistan rəhbərliyi də yaxın buraxmır. Qarabağda etnik təmizləmə olduğunu, ümumiyyətlə keçmiş separatçı qurumu yada belə salmır. Bölgədən köçən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair da heç bir real, inandırıcı sübut yoxdur. Əksinə, Azərbaycan hökuməti bir gündən də az sürən lokal antiterror əməliyyatlarından əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar etmişdi.
 
 
Terrorçular, separatçılar “siyasi məhbus”dur?
 
Senatın üzvü Yuber Jülyen Laferrierin separatçı liderləri “siyasi məhbus” adlandırmasının səbəbi də sadədir. Fransa hakimiyyətində təmsil olunan şəxsləri separatçıların liderlərindən sayılan və hazırda Bakıda həbsdə olan Ruben Vardanyanla çirkin biznes əlaqələri birləşdirir. Elə bu səbəbdən də onun azad olunmasına çalışırlar. Amma bu ilk cəhd deyil. Bundan əvvəl, Fransa və digər ölkələr 55 nəfərlik bədnam siyahı da hazırlamışdılar. Həmin siyahıda kimlərin adı yoxdur? 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Azərbaycanın digər şəhərlərinin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan, Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adlarına rast gəlmək mümkün idi. Prezident Emmanuel Makron və komandasında təmsil olunanların erməni lobbisindən aldığı vəsaitləri doğrultmaq üçün dəridən-qabıqdan çıxdıqları bəllidir. Bununla da bütün əndazələri aşmış olublar. Separatçıların və terrorçuların hərbi cinayətlərdə əli olduqları barədə tutarlı faktlar olduğu halda, onları həyasızcasına “siyasi məhbus” kimi təqdim ediblər.
 
 
Qətliamlarla xatırlanan dövlət
 
O ki qaldı iddia olunan “etnik təmizləməyə” - bundan danışmağa haqqı olmayan dövlət varsa, o da Fransadır. Mövcudluq tarixi başdan ayağa qətliamlar, soyqırımlarla bağlı olan ölkənin törətdiyi zorakılıqlar, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Məsələn, Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını yada salaq. Özü bunu unutmağa çalışsa da, əlcəzairlilər kütləvi qəddarlığı əsla unutmayacaq. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxır. Polisin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir. Törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi bacısı Ermənistana da sirayət edib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar, əslində, 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boyunlarına almayıblar. Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməniəsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin 1 milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi.
 
 
Göründüyü kimi, Fransa və Ermənistanı tarixən yürütdükləri və indi də davam etdirdikləri oxşar zorakılıq, kütləvi qəddarlıq, islamofob, türkofob, irqçi, antisemit siyasətləri birləşdirir. Bu baxımdan Senat komitəsinin qəbul etdiyi son qətnamə də təəccübləndirici görünmür. Yeri gəlmişkən, konkret Fransanın nekolonial siyasətinə qarşı çıxan azsaylı dövlətlər içərisində Azərbaycan hər zaman öndə olub. Hazırda bu proses davam edir. Prezident İlham Əliyev dünən andiçmə mərasimində neokolonializmə qarşı mübarizənin davam etdiriləcəyini bəyan edib. Bildirib ki, dünyada islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”.
 
Ölkə Prezidenti bundan əvvəlki çıxışlarında da bu məsələyə xüsusi yer ayırıb. Bakıda keçirilən beynəlxalq tədbirlərdə bu məsələyə xüsusi yer ayrılıb. Azərbaycan Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin problemlərinin həllində ciddi dəstək tribunasına çevrilib. Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri də məhz neokolonializmlə mübarizə məsələsi olub. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Dövlət başçısı Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış da edib. Məhz Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəsini sərt tənqid edən Bakı Bəyannaməsi qəbul olundu, tədbirin davamı kimi Cenevrədə beynəlxalq konfrans keçirildi. Bu səbəbdən də erməni lobbisinin təsiri altında olan fransalı siyasilər, rəsmi orqanlar Azərbaycanı hədəfə alan bəyanat və təşəbbüslərin sayını artırıblar. /Report/
 
Oxşar xəbərlər
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyavi əyləncədir"
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
31 Oct 2024 | 22:24
İki nəfər dəm qazından boğularaq öldü
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:08
Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 21:57
"Naxışlı müğənniyəm, indiki ağlım olsaydı o qədər pul alardım ki..."-FOTO+ÖZƏL
31 Oct 2024 | 21:50
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
31 Oct 2024 | 21:43
Bu ərazilərdə qaz kəsiləcək
31 Oct 2024 | 21:35
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
31 Oct 2024 | 21:30
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 21:28
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
31 Oct 2024 | 21:22
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
31 Oct 2024 | 21:16
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
31 Oct 2024 | 20:50
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
31 Oct 2024 | 20:40
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
31 Oct 2024 | 20:30
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
31 Oct 2024 | 20:25
Gürcüstandan Ermənistana tərs şillə
31 Oct 2024 | 20:18
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
31 Oct 2024 | 20:10
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
31 Oct 2024 | 20:00
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
31 Oct 2024 | 19:45
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
31 Oct 2024 | 19:40
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
31 Oct 2024 | 19:30
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
31 Oct 2024 | 19:23
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
31 Oct 2024 | 19:15
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
31 Oct 2024 | 19:08
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
31 Oct 2024 | 19:00
Ermənistan İrana yeni səfir təyin edib
31 Oct 2024 | 18:52
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
31 Oct 2024 | 18:46
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
31 Oct 2024 | 18:40
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
31 Oct 2024 | 18:35
Millimiz Monteneqronu məğlub etdi
31 Oct 2024 | 18:30
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
31 Oct 2024 | 18:20
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
31 Oct 2024 | 18:15
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
31 Oct 2024 | 18:10
Son sorğu: Tramp Harrisdən öndədir
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 18:05
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
31 Oct 2024 | 18:03
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 17:56
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:48
Qazaxda yol qəzası: Xəsarət alanlar var
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 17:40
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:29
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:19
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
31 Oct 2024 | 17:14
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
31 Oct 2024 | 17:09
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
31 Oct 2024 | 17:04
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
31 Oct 2024 | 17:00
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
31 Oct 2024 | 16:57
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
31 Oct 2024 | 16:53
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
31 Oct 2024 | 16:48
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
31 Oct 2024 | 16:45
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
31 Oct 2024 | 16:41
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
31 Oct 2024 | 16:38
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
31 Oct 2024 | 16:35
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
31 Oct 2024 | 16:32
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
31 Oct 2024 | 16:28
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
31 Oct 2024 | 16:24
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 16:10
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
31 Oct 2024 | 16:05
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
31 Oct 2024 | 15:58
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
31 Oct 2024 | 15:54
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:46
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 15:38
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
31 Oct 2024 | 15:35
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 15:25
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
31 Oct 2024 | 15:20
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
31 Oct 2024 | 15:16
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
31 Oct 2024 | 15:13
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
31 Oct 2024 | 15:09
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
31 Oct 2024 | 15:06
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 Oct 2024 | 15:03
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
31 Oct 2024 | 14:58
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
31 Oct 2024 | 14:54
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
31 Oct 2024 | 14:51
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
31 Oct 2024 | 14:48
Konqo Prezidenti Azərbaycana gələcək
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 14:40
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
31 Oct 2024 | 14:34
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
31 Oct 2024 | 14:28
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
GÜNLÜK
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..