"Qalib Liderimizin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir"
Siyasət
Oxunub: 2075
15 Feb 2024 | 16:47
Dövlət başçısı İlham Əliyevin  fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mərasimdə möhtərəm Prezidentimiz yenidən böyük etimad və dəstək göstərdiyinə görə  Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək belə bir əminliyi ifadə etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
 
Yeni dövrün hədəflərindən bəhs etmədən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Liderimiz cənab İlham Əliyevə, rəşadətli ordumuza borcluyuq. 2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Cənab İlham Əliyev 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun  azad edəcəkdir.”
 
Dövlət başçısı 20 ildən sonra 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12 faiz səsini qazandı və andiçmə mərasimində böyük qürur və xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Bu illər uğurlarla,  qələbələrlə dolu illər oldu. Çətinliklər, problemlər olsa da Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə  göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, verilən  vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanırdı. Azərbaycan 30 il sülh siyasətinə sadiqlik nümayiş etdirdi, danışıqlar prosesində iştirak etdi, dünya güclərindən ədalətə və beynəlxalq hüquqa söykənən yanaşma gözlədi. Lakin təəssüflər olsun ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədi. Vəziyyətin bu şəkildə davamı işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planlarına yol açdı və nəticədə İkinci Qarabağ müharibəsi baş verdi. Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa işğalçılıq siyasətini pisləsəydilər  bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkin, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə  ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki,  torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
 
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz belə yanaşmaların yalnız işğalçı dövlətin xülyası olduğunu təsdiqlədi. Azərbaycan xalqı tam əmin idi ki, geç-tez tarixi torpaqlarına qovuşacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Bu bəyanatlar sırasında belə bir mühüm məqam da yer tutdu ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qalib Liderimiz ədalətə və beynəlxalq hüquqa əsaslanan bu çağırışları bəyan etdi və bunu təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra üç il bu hədəfə sülh yolu ilə nail olmaq üçün addımlar atılsa da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, əksinə hərbi təxribatlar törətməkdə davam etdi. Hadisələrin gedişi lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə Prezidentinin 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amilləri açıqlaması və onların fonunda “ Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” bəyanatı da Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. 
 
Vüqar Rəhimzadə artıq yeni dövrün başlandığını, yeni hədəflərə doğru irəlilədiyimizi diqqətə çatdıraraq bildirib ki, qalib Liderin rəhbərliyi ilə bu hədəflərə də yüksək səviyyədə nail olacağıq. Prezident İlham Əliyev hədəflərimiz sırasında hərbi gücümüzün artırılmasını, xarici siyasətimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsini, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, günümüzün əsas çağırışı olan və böyük ailə kimi dəyərləndirilən Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini, tarixi Zəfərimizin yeni reallıqları fonunda Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesinin sürətləndirilməsini ən vacib amillər kimi diqqətə çatdırdı. Bu məqam xüsusi qeyd olundu ki, biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ  gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.
 
YAP Xətai rayon təşkilatının sədri hədəflərimizin uğurlu icrasında əsas faktor olan iqtisadi inkişafımıza da diqqəti yönəldib. Bildirib ki, Prezident İlham Əliyev təkcə cari ilin arxada qalan bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın davamlı inkişafının qaçılmaz olduğunu təsdiqlədi. Bu inkişaf işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasında da özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev yeni dövr üçün bu hədəfi açıqladı ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə köçürülüb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır.  Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəsini daim zirvələrə aparan, müasir tariximizə adını qalib Lider kimi yazdıran Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük dəstək qazanır. Yeni dövrə ölkədə prezident seçkiləri ilə başlanması, cənab İlham Əliyevin 92,12 faiz səs qazanaraq Prezident seçilməsi çoxəsrlik tariximizin növbəti möhtəşəm səhifəsi oldu.
 
Oxşar xəbərlər
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyavi əyləncədir"
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
31 Oct 2024 | 22:24
İki nəfər dəm qazından boğularaq öldü
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:08
Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 21:57
"Naxışlı müğənniyəm, indiki ağlım olsaydı o qədər pul alardım ki..."-FOTO+ÖZƏL
31 Oct 2024 | 21:50
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
31 Oct 2024 | 21:43
Bu ərazilərdə qaz kəsiləcək
31 Oct 2024 | 21:35
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
31 Oct 2024 | 21:30
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 21:28
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
31 Oct 2024 | 21:22
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
31 Oct 2024 | 21:16
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
31 Oct 2024 | 20:50
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
31 Oct 2024 | 20:40
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
31 Oct 2024 | 20:30
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
31 Oct 2024 | 20:25
Gürcüstandan Ermənistana tərs şillə
31 Oct 2024 | 20:18
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
31 Oct 2024 | 20:10
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
31 Oct 2024 | 20:00
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
31 Oct 2024 | 19:45
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
31 Oct 2024 | 19:40
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
31 Oct 2024 | 19:30
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
31 Oct 2024 | 19:23
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
31 Oct 2024 | 19:15
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
31 Oct 2024 | 19:08
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
31 Oct 2024 | 19:00
Ermənistan İrana yeni səfir təyin edib
31 Oct 2024 | 18:52
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
31 Oct 2024 | 18:46
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
31 Oct 2024 | 18:40
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
31 Oct 2024 | 18:35
Millimiz Monteneqronu məğlub etdi
31 Oct 2024 | 18:30
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
31 Oct 2024 | 18:20
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
31 Oct 2024 | 18:15
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
31 Oct 2024 | 18:10
Son sorğu: Tramp Harrisdən öndədir
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 18:05
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
31 Oct 2024 | 18:03
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 17:56
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:48
Qazaxda yol qəzası: Xəsarət alanlar var
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 17:40
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:29
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:19
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
31 Oct 2024 | 17:14
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
31 Oct 2024 | 17:09
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
31 Oct 2024 | 17:04
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
31 Oct 2024 | 17:00
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
31 Oct 2024 | 16:57
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
31 Oct 2024 | 16:53
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
31 Oct 2024 | 16:48
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
31 Oct 2024 | 16:45
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
31 Oct 2024 | 16:41
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
31 Oct 2024 | 16:38
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
31 Oct 2024 | 16:35
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
31 Oct 2024 | 16:32
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
31 Oct 2024 | 16:28
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
31 Oct 2024 | 16:24
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 16:10
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
31 Oct 2024 | 16:05
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
31 Oct 2024 | 15:58
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
31 Oct 2024 | 15:54
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:46
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 15:38
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
31 Oct 2024 | 15:35
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 15:25
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
31 Oct 2024 | 15:20
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
31 Oct 2024 | 15:16
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
31 Oct 2024 | 15:13
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
31 Oct 2024 | 15:09
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
31 Oct 2024 | 15:06
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 Oct 2024 | 15:03
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
31 Oct 2024 | 14:58
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
31 Oct 2024 | 14:54
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
31 Oct 2024 | 14:51
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
31 Oct 2024 | 14:48
Konqo Prezidenti Azərbaycana gələcək
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 14:40
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
31 Oct 2024 | 14:34
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
31 Oct 2024 | 14:28
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
GÜNLÜK
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..