Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan snayperlərindən danışan S.Mikaelyan, yəqin, “unudub” ki, fevralın 12-də sərhədçilərimizə tərəf ilk atəşi erməni snayperi açıb…"
“Döyüş meydanında baş verənlər... araşdırılır, sonra aydın olacaq, məlumat veriləcək, mən ancaq onu deyə bilərəm ki, hamının üzərində snayper işləyirdi”.
Moderator.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna (“Azatutyun”) açıqlamasında fevralın 12-də Zəngilan istiqamətində atəş açaraq Azərbaycan sərhəd xidmətinin bir əsgərinin yaralanmasına səbəb olmuş "“Yerkrapa” Könüllülər Birliyi” adlanan erməni terrorçu təşkilatının rəhbəri Sasun Mikayelyan söyləyib.
S.Mikayelyan başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Azərbaycan tərəfi fevralın 13-ü səhər saatlarında Ermənistan tərəfini atəşkəs rejimini pozmaqda və sərhədçini yaralamaqda günahlandıraraq “Qisas” əməliyyatı keçirib. Nəticədə Ermənistan silahlı qüvvələrinin 4 əsgəri ölüb, biri isə yaralanıb . Ölənlər və və yaralanan “Yerkrapa”nın üzvləri olub.
P.S. Azərbaycan snayperlərindən danışan S.Mikaelyan, yəqin, “unudub” ki, fevralın 12-də sərhədçilərimizə tərəf ilk atəşi erməni snayperi açıb…
Sultan Laçın