İdman
1738
13 Feb 2024 | 13:15

"Braqa" - "Qarabağ" oyununu danimarkalı hakimlər idarə edəcək

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
 
Moderator.az-ın məlumatına görə, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Morten Kroqa Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.
 
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər