Yerüstü piyada keçidlərində insan ayağı dəyməyən liftlər: Təmir bahadır, yoxsa xidmət haqqı? - AÇIQLAMA + FOTO
Cəmiyyət
Oxunub: 1999
12 Feb 2024 | 17:20
Yerüstü piyada keçidlərində insan ayağı dəyməyən liftlər: Təmir bahadır, yoxsa xidmət haqqı? - AÇIQLAMA + FOTO

Bakının insanyönümlü şəhərə çevrilməsi istiqamətində görülən işlər çoxdur. Yaşıllıq zolaqlarının sayının artırılması, sakinlərin istirahətinin təmin edilməsi üçün parkların salınması və s. Amma atalar demiş, hər gözəlin bir eybi var - yerüstü piyada keçidlərində liftlər var ki, hələ bir dəfə də olsun, insan ayağı dəyməyib. Ya da dəyib, amma cəmi bir-iki dəfə. Sonradan isə xarab olub. 

Zaman-zaman paytaxtın bir çox istiqamətlərində yerləşən piyada keçidləri, parkları ilə bağlı analoji şikayətlər edilir.

Liftlərin işləməməsi daha çox yaşlılara, xəstələrə, eləcə də uşaq arabası ilə hərəkət edənlərə ciddi problem yaradır. Liftdən yararlana bilməyən bəzi piyadalar yolu keçiddən deyil, maşınların hərəkət zolağına çıxaraq keçirlər. Bu zaman da həm piyadanın özü, həm də sürücülər üçün ciddi təhlükə yaranır.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan zaman-zaman alınan cavablarda həmin liftlərin bir neçə adıçəkilməyən detallarında yaranan problem səbəbindən işləmədiyi qeyd edilir. Əlavə olaraq, həmin detalların dəyişdirilməsi üçün sifariş verildiyi deyilsə də, üstündən aylar keçir, amma həmin detallar gəlib çıxmır ki, çıxmır.

Elə bu tapılmayan detalların izinə özümüz düşmək istədik. Liftin istismarına mane olan həmin böyük problemlər, tapılmayan detallar hansılardır?

Oxu.Az mövzu ilə əlaqədar paytaxtda liftlərin təmiri və bərpası ilə bağlı xidmət göstərən şirkətlərdən birinin eksperti Toğrul Adilov ilə danışıb.

T.Adilov bildirib ki, liftlərin istismarına maneə yaradacaq problemlər müxtəlif ola bilir və bu barədə dəqiq məlumat vermək üçün mütləq qaydada həmin sistemə baxış keçirmək önəmlidir:

“Yaxın dövrlərdə qeyd etdiyiniz ictimai yerlərdə quraşdırılan liftlərin istismar müddəti 15-20 ildir. Bunun üçün, təbii ki, liftlərə vaxtlı-vaxtında servis xidməti göstərilməlidir. Amma hər hansı bir xırda detalın xarab olması liftin uzun müddət işləməməsinə əsas gətirilə bilməz. Məncə, bu, o qədər də həqiqəti əks etdirmir. Bəzən problem qurumlarda və ya liftlərə nəzarət edən şirkətlərdə olur. Çünki elə şirkətlər var ki, balansında olduğu liftlərə aylıq müvafiq ödəniş müqabilində servis xidməti göstərir. Lakin aidiyyəti qurumlar həmin servis xidməti üçün nəzərdə tutulan ödənişləri köçürmədikləri üçün liftlərə vaxtında baxış keçirilmir. Nəticədə də liftlərin fəaliyyəti dayandırılır.

Amma ümumilikdə, dediyim kimi, o liftlər 20-30 ilin liftləri deyil ki, nasazlıq olsun. Bəlkə də, elektrikə qənaət məqsədilə söndürülüb, bəlkə də, dediyim kimi, servis xidməti ödənilmədiyi üçün qulluq olunmur və dayandırılır. Çünki bəzən elektrik verilişi dayandırılanda liftin içərisində insanlar qala bilirlər. Bəzi qurumlar bu cür problemlərdən uzaq olmaq üçün də heç bir səbəb olmadan liftlərin fəaliyyətini dayandırırlar”.

Bəs şirkətlərin liftlər üçün servis xidmətinə görə aylıq ödənişləri nə qədərdir?

T.Adilovun sözlərinə görə, liftlərə servis xidmətinə görə şirkətlər o qədər də yüksək aylıq ödəniş tələb etmirlər:

“Bu rəqəm elə də yüksək deyil. Əgər Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həmin liftlərin istismarına icazə verilibsə, müqavilə əsasında xidmət göstərilir. Orta aylıq qiymət 80-100 manat aralığında dəyişir. Fərq etmir, bu lift yaşayış binasında, yoxsa ictimai yerlərdə quraşdırılıb. Bəzi şirkətlər var ki, aidiyyəti qurumlarla müqavilə üzrə çalışırlar. Lakin ödəniş dayandırıldıqda xidmət də dayanır. Sadəcə, hər kəsə “xarabdır” deyirlər. Mən düşünürəm ki, bu liftlərin fəaliyyətinin dayandırılmasında əsas səbəbkar maliyyələşdirən tərəfdir. Çünki bütün servislər istəyər ki, onların balansında olan liftlər insanlara xidmət göstərsin.

Bəzi şirkətlər var ki, müvafiq brendlərin ölkədəki distributorlarıdır və onlar detalları özləri gətirirlər. Həmin şirkətlər servis haqqını 150 manat həcmində təklif edir və liftlərə müvafiq kodlar qoyurlar. Həmin liftlərə başqa servislərin nümayəndələri müdaxilə edə bilmirlər. Obyekt sahibi də məcbur olur ki, davamlı olaraq bir şirkətlə çalışsın”.

Liftlərin fəaliyyətinin dayanmasına səbəb olacaq əsas problemlər və onların təmir qiymətləri nə qədərdir?

Ekspert bildirib ki, liftdə əsas problem onun mühərrikində yarana bilir və ən bahalı detal odur:

“Mühərrik yana bilər ki, onun qiyməti üç-dörd min ABŞ dollarıdır. İdarəetmə paneli yana bilər. Onun içərisində olan platanın ən bahalısının qiyməti 1500-2 min dollar aralığında dəyişir. Başqa orada elə bir bahalı detal yoxdur ki, liftlər uzun müddət bağlı qalsın.

Digər problem trosla bağlı ola bilər. Fərz edək ki, o liftlərə 200-300 metrlik tros işlənir. Onun da metrini beş manatdan hesablasaq, ümumilikdə 1 000-1 500 manat pul tutur. Liftin ötürücü qasnaqları var, onlar yeyilə bilər. Onların da qiyməti 700-800 manat olur. Başmaqlar yeyilə bilər, onun da qiyməti baha deyil -cəmi 300-400 manat olur”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, hazırda paytaxtın Xətai rayonu, Neapol dairəsindəki yerüstü piyada keçidinin lifti işləmir:

“Sözügedən Neapol dairəsindəki lift yaxın müddətdə işlək vəziyyətə gətiriləcək. Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidəki yerüstü piyada keçidində quraşdırılan lift işlək vəziyyətdədir. Ümumilikdə isə bu istiqamətdə agentliyimizin xüsusi təmir briqadaları fəaliyyət göstərir. Hər hansı piyada keçidinin liftində problem olarsa, dərhal əraziyə baxış keçirilir. Əgər liftin yerindəcə təmiri mümkündürsə, təmir edilir. Yox, əgər mümkün deyilsə, hər hansı detalın təmirinə ehtiyac varsa, müvafiq sexlərimizdə təmir edilir. Bəzən hər hansı hissəsinin ümumiyyətlə dəyişdirilməsi zərurəti yaranır, bu isə zaman alır. Çünki bu detallar ölkəmizdə istehsal olunmur deyə xarici ölkələrdən sifarişlə gətirilir. Sifarişin verilməsi, gətirilməsi müəyyən zaman tələb etdiyindən həmin liftlər müvafiq dövrdə çalışmaya bilər. Bu zaman ərzində ərazidə əməkdaşlarımız var, hər hansı problem zamanı dərhal bizə məlumat verilir”.

Oxşar xəbərlər
22:50, Bu gün
Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı
22:45, Bu gün
Bayden seçkilərdə erkən səs verdi
22:40, Bu gün
Bakıda uçqun baş verdi
22:30, Bu gün
Nikoldan şok: Batyanın düşməninə siyasi sığınacaq verdi
22:23, Bu gün
“Avropa Birliyinin qərarı Azərbaycana təzyiq üçün verilib”
22:15, Bu gün
İranda telefon QADAĞASI
22:10, Bu gün
20 yaşlı bacısını qayışla boğaraq öldürdü
21:56, Bu gün
İrem Helvacıoğlunun toyudur
21:48, Bu gün
Tiflisdə aksiya başa çatdı
21:40, Bu gün
Avstriyada mer güllələnərək öldürüldü
21:32, Bu gün
"Google" süni zəka ilə kompüterləri idarə etmə texnologiyası hazırlayır
21:27, Bu gün
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO+VİDEO
21:20, Bu gün
Kosmosa uçuş  biletlərinin qiyməti AÇIQLANDI
21:16, Bu gün
“Müxalifətin vahid lideri ortalığa çıxarsa, Gürcüstanda qarşıdurma pik həddə çata bilər...”
21:13, Bu gün
Ankaradakı terrordan sonra Türkiyə 213 silahlını məhv edib
21:05, Bu gün
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR
20:55, Bu gün
“Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb”-Misir Mərdanov
20:50, Bu gün
Leyla Əliyeva Sumqayıtda tədbirdə - FOTOLAR
20:45, Bu gün
3 dəqiqəyə stressdən qurtulun - İdmansız, ağrısız...
20:40, Bu gün
Yayda sərin, qışda isti - Ağıllı çarpayı təqdim olundu
20:35, Bu gün
Ronaldo “Qızıl top”u boykot etdi - SƏBƏB
20:30, Bu gün
Zurabişvili aksiya başlatdı: Bu, xalqa qarşı müharibədir!
20:22, Bu gün
ABB COP29-un əsas tərəfdaş bankı seçildi
20:16, Bu gün
Ərdoğan: "Cənubi Qafqazda sülh üçün unikal fürsət yaranıb"
20:08, Bu gün
"NATO Ukraynaya hərbi dəstəyini gücləndirəcək" - Mark Rütte
20:00, Bu gün
Yağışlar Azərbaycanda qida qıtlığına səbəb olacaq? - RƏSMİ AÇIQLAMA
19:50, Bu gün
Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO
19:40, Bu gün
"Real Madrid" "Qızıl top" mərasimini boykot edə bilər
19:32, Bu gün
Ermənistan Rusiya sərhədçiləri barədə: İran və Türkiyə ilə sərhəddən çıxarılmaları...
19:27, Bu gün
Tağı Əhmədovun ölümündən əvvəl SON GÖRÜNTÜSÜ: Bu sözləri deyib, ağlayıb - VİDEO
19:22, Bu gün
“Hörmət edən hörmət görəcək, etməyini isə buna məcbur edəcəyik”
19:20, Bu gün
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
19:15, Bu gün
DİM bu imtahanın nəticələrini açıqladı
19:08, Bu gün
İsrailin İrana zərbələri neftin qiymətinə GÖRÜN NECƏ TƏSİR ETDİ
19:00, Bu gün
Arvadının borcuna görə müharibəyə getdi: Canı qurtardı
18:50, Bu gün
“Dubay şokoladı”nın təhlükəli olduğu açıqlandı
18:40, Bu gün
Həftələrdir xəbərdarlıq edirik, maneə aradan qaldırılmalıdır
18:32, Bu gün
Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürük
18:30, Bu gün
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi - ölkədən qaçdı
18:28, Bu gün
Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ
18:25, Bu gün
Bakının bu ərazisində işıq olmayacaq
18:22, Bu gün
FHN COP29-la bağlı monitorinqlər həyata keçirir
18:20, Bu gün
Braziliya prezidenti Bakıya da gələ bilməyəcək
18:17, Bu gün
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib - FOTOLAR
18:12, Bu gün
Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir
18:07, Bu gün
Deputatlar Özbəkistanda mətbuat konfrasında iştirak ediblər - FOTOLAR
18:05, Bu gün
Paşinyanın baş tutmayan arzusu: - Gürcüstandakı seçki kimlərin xəyallarını puç etdi?
18:02, Bu gün
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTOLAR
18:00, Bu gün
Bu sıyıq yağları yandırır, tərkibində unikal bir maddə var
17:58, Bu gün
Lənkəranda BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
17:54, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:50, Bu gün
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub - FOTO
17:48, Bu gün
“Onlar revanşa hazırlaşır” - XƏBƏRDARLIQ!
17:44, Bu gün
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi
17:41, Bu gün
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı
17:38, Bu gün
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş...
17:34, Bu gün
Rafael İsgəndərov qadınlardan üzr istədi - VİDEO
17:30, Bu gün
Sabunçu tunelini tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"
17:25, Bu gün
Bakıda binanın balkonu uçdu
17:20, Bu gün
"Bu, rusiyalıların  deyil, Putinin müharibəsidir" - Yuliya Navalnaya
17:15, Bu gün
Qonşu dövlət yeni müharibəyə hazırlaşır? - ABŞ, Qərb ölkələri, iri güclər İsrail tərəfindən döyüşəcək
17:14, Bu gün
"Turan Tovuz"un qələbəsinin arxasında Kurban Berdıyevin inancları dayanır? - AÇIQLAMA
17:10, Bu gün
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçildi - FOTO
17:05, Bu gün
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? - AÇIQLAMA
17:01, Bu gün
Zakir Həsənov pakistanlı generalla görüşdü - VİDEO
16:59, Bu gün
Avropada qazın qiyməti qalxır - Azərbaycanı nə gözləyir?
16:58, Bu gün
Bakıda eyni vaxtda leysan və günəşli havaya - SƏBƏB NƏDİR?
16:54, Bu gün
“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
16:53, Bu gün
"Mançester Yunayted" Erik ten Haqla yolları ayırdı - RƏSMİ
16:48, Bu gün
Qəzada ölən Ramalla bağlı ürəkparçalayan detal - Son paylaşımı üzə çıxdı - VİDEO
16:44, Bu gün
Metroda nə baş verir? - Nəqliyyat ekspertindən SƏRT REAKSİYA
16:39, Bu gün
UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı - FOTOLAR
16:35, Bu gün
Bakının bu küçəsində velosiped zolaqları çəkildi - FOTO
16:31, Bu gün
Azad olunan ərazilərdə nə qədər mina aşkar edilib?
16:28, Bu gün
Sumqayıtda ustanı elektrik cərəyanı vurdu
16:25, Bu gün
Bərdə terroru qurbanlarının xatirəsi yad edilib - FOTOLAR
16:22, Bu gün
Tanınmış azərbaycanlı xanımın həyat yoldaşı İSLAM DİNİNİ QƏBUL ETDİ- FOTOLAR+ VİDEO 
16:20, Bu gün
Macarıstanın Mathias Corvinus Collegium Universitetinin nümayəndə heyəti BDU-da - FOTO
16:16, Bu gün
Uğurlu əməkdaşlıq əlaqələri...
16:12, Bu gün
Bakıda DƏHŞƏT: məktəblinin asılmış meyiti tapıldı
16:08, Bu gün
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH + FOTO
16:06, Bu gün
"Mənim yəhudilərlə heç bir problemim yoxdur" - Mahmud Abbas
16:03, Bu gün
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO
16:01, Bu gün
İsrail-İran müharibəsinin talehi belə HƏLL OLUNACAQ
15:58, Bu gün
Hindistanlı iş adamı sevimli itinə milyonlarla dollar miras qoydu - FOTO
15:54, Bu gün
Bakıda ən çox buranı su basır – Meriya bu qurumu QINADI: “Onlar məsuliyyət daşıyır”
15:50, Bu gün
Heydər Əliyevin təriflədiyi qazax kəşfiyyatçı: Onun hərbi hissəsi erməniləri Kürdəmir yoluna buraxmayıb - FOTO
15:46, Bu gün
“Videolara baxıb deyirəm ki, bu mən deyiləm” - VİDEO
15:42, Bu gün
COP29: Bakı iqlim konfransında yeni maliyyə hədəfini müəyyənləşdirmək mümkün olacaqmı? - TƏHLİL
15:38, Bu gün
"WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
15:35, Bu gün
Lənkərandakı tarixi qala bərpa ediləcək
15:31, Bu gün
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
15:27, Bu gün
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
15:23, Bu gün
Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...
15:19, Bu gün
Azərbaycanda bu şəxslər daha çox PENSİYA alacaqlar - ŞAD XƏBƏR!
15:14, Bu gün
“Bizi ürəyin içində göstərsəydilər, nə edərdin?” - VİDEO
15:08, Bu gün
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
15:03, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
14:58, Bu gün
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
14:54, Bu gün
“Azərişıq” paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırır - VİDEO
GÜNLÜK
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
AYLIQ
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"