Masazırda taksi sürücüsü ərli qadınla sevgili oldu, onun qızı ilə... – Şok təfərrüat
Kriminal
Oxunub: 1724
08 Feb 2024 | 15:40
Masazırda taksi sürücüsü ərli qadınla sevgili oldu, onun qızı ilə... – Şok təfərrüat
Abşeron rayonunda 1984-cü il təvəllüdlü Elmar müştərisi Samirəyə (adlar şərti verilib – red.) təcavüz edib.
 
Elmar məşğul olduğu taksilik fəaliyyəti ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müştəri qismində xidmətlərindən mütəmadi istifadə edən şəxs kimi tanıdığı 2004-cü il təvəllüdlü Samirəni 7 dekabr 2021-ci ildə, saat 19.30-da idarə etdiyi “Opel Corsa D” markalı minik avtomobilinə əyləşdirib. O, avtomobil idarə etməyi öyrətmək adı ilə aldadıb və Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz Zavodu” yoluna insanların olmadığı yerə aparıb.
 
Orada Samirənin 18 yaşına çatmadığını aşkar surətdə bildiyi halda ətrafda heç kimin olmamasından istifadə edərək avtomobilin salonunda cinsi əlaqədə olub, bakirəliyini pozacağını deyib. Sonra müqavimət göstərən Samirənin hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
 
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Samirəni onun anasına görə dərsə aparıb-gətirib, cibinə xərclik qoyub, ona qarşı qanunsuz heç nə etməyib: “Hadisədən bir-iki gün əvvəl Samirə və anası məndən 50 manat istədi. Samirənin ad gününə özünə geyim alması üçün 20 manat verdim. Samirəyə öz qızım kimi yanaşmışam”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində Samirə ona zəng edib və onu yaşadığı evdən götürərək “20 Yanvar” metrosuna aparıb: “Həmin gün ona pul vermək istədim. Lakin verdiyim pulu götürmədi. Halbuki əvvəllər ona pul verəndə götürürdü. Hadisə günü axşam saatlarında isə Samirəni və rəfiqəsini olduqları yerdən götürdüm. Əvvəlcə onun rəfiqəsini yola saldım. Daha sonra isə Samirəni yaşadığı evin qapısına düşürdüm. Dekabrın 10-da, günorta saatlarında Masazır tərəfdə dayandığı vaxt polis əməkdaşları avtomobilimin pəncərəsini qıraraq məni tutdular. Daha sonra isə buraxdılar. Lakin aprelin 12-də yenidən saxlanıldım”.
 
Təqsirləndirilən şəxs bildirib ki, Samirənin anası Təranəni 2021-ci ilin oktyabr ayından tanıyıb: “Sərnişin daşıdığım vaxt Təranə ilə tanış olmuşam. Onunla yaxın münasibətdə olmuşam, ər-arvad kimi yaşamışıq. Təranə evli olub və əri ilə birlikdə yaşayıb. Təranə ilə tanış olduqdan sonra bir dəfə zəng edərək pulu olmadığını, qızlarını “20 Yanvar” metrosu yaxınlığına lombarda qoymağımı istədi. Bundan sonra daimi olaraq onun qızları Pərini işə, Samirəni isə dərsə aparıb-gətirmişəm. Narkotik vasitədən istifadə etməmişəm. Bank hesabım olub və Təranəyə maddi köməklik edə biləcəyimi demişəm. Təranə məndən 2600 manat borc pul istəyib. Təranə lombarda pul verməli olduğunu, vermədiyi halda lombarda qoyulan qızılların satılacağını, həmçinin bir tərəfdən də qızılların sahiblərinin öz qızıllarını istədiyini söylədi. Samirəyə avtomobil sürməyi öyrətmişəm. Avtomobildə Samirə, rəfiqəsi və daha iki sərnişin olub. Sonuncu müştərini düşürdükdən sonra Samirə məndən şokolad və günəbaxan tumu istədi. Mən də alaraq verdim”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü həm də Samirənin bacısı Pərini işdən götürməli olub: “Pərini saat 21 radələrində götürməli idim, həmin vaxta qədər 20 dəqiqəyə yaxın boş vaxt yarandığı üçün Samirə avtomobil sürməyi öyrətməyimi istədi. Daha sonra da bacısını işdən götürməyi təklif etdi. Mən də razılaşdım. Samirəyə avtomobil sürməyi “Duz gölü”nün yanında öyrətdim. Məhz “Duz gölü”nün yanında avtomobil sürməyi heç kim təklif etməyib. Daha sonra saat gec olduğundan Samirə onu evlərində düşürməyimi, bacısının gələcəyini dedi. Mən də Samirəni evinin qarşısında düşürdükdən sonra getdim. Samirənin atası qızlarını aparıb-gətirdiyimi bilib. Mən Samirəyə zor tətbiq etməmişəm, seksual xarakterli hərəkətlər etməmişəm. Samirəgil məndən pul istəyib. Hətta Pəri belə diplomunu universitetdən götürmək üçün 500 manat verməyimi söyləyib. Digər tərəfdən də onlar pul istədikcə vermişəm. Mənim günlük qazancım 30 manat olub. Təranə pul vermədiyim halda başıma oyun açacağını deyib. Dekabrın 3-dən sonra məni hədələməyə başlayıb. Təranə mənimlə şəkilləri, videoları olduğu üçün o, qızı vasitəsilə məni hədələmək istəyib. Təranə narkotik tərkibli dərmanlar istifadə edib. Ona görə də ağlına nə gəlirdisə, onu da həyata keçirib”.
 
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, hadisə günü qrup yoldaşı və digər sərnişinlərlə birlikdə Elmarın avtomobilində olublar: “Qrup yoldaşımı düşürdükdən sonra Elmara məni evə aparmasını xahiş etdim. Elmar isə mənə “bacının işdən çıxmasına 15-20 dəqiqə vaxt qalıb, bacını da götürüb birdəfəlik evə gedərik, çünki mən təkrar gəlib bacını götürə bilməyəcəm, yollar tıxac olur” dedi. Elmara dərsdən çıxdığımı, yorğun olduğumu, buna görə də evə getmək istədiyimi bildirdim. Marketdən şokolad almaq istədim. Lakin Elmar özünün düşərək alacağını dedi. Həmçinin Elmar mənə avtomobil sürməyi öyrətmək istədiyini, mən isə avtomobil sürmək istəmədiyimi, mənə lazım olmadığını bildirdim. Lakin təkid edərək “sənə maşın sürməyi öyrədəcəm, çünki bacının da işdən çıxmasına az qalıb” dedi. Elmara evə getmək istədiyimi təkrar söylədikdən sonra hadisə baş verdi”.
 
Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd edib: “Elmarı bir ay olar ki, tanımışam. Elmarı mənimlə anam tanış edb. Həmişə Elmara “dayı” deyə səslənmişəm. Elmardan avtomobil sürməyi mənə öyrətməsini xahiş etməmişəm. Əvvəllər Elmar mənə qarşı bu kimi hərəkətlər etməyib. Hadisə təxminən saat 20 radələrində olub. Həmin ərazidə heç kim olmadığı üçün səsimi eşidən olmayıb. Mən ağlayaraq “Elmar dayı, xahiş edirəm eləmə” demişəm. Mən qaçmaq istəyəndə isə Elmar “qaçma, onsuz səni tutacam” deyə söyləyib. Hətta “bunları valideyninə desən, sənin başını kəsəcəm, sonra da gedib həbsdə yatacam” belə deyib. Mən isə Elmarı məni evə çatdırmasını, heç kimə bir söz deməyəcəyimi söyləmişəm. Evə çatdıqdan dərhal sonra anama zəng etmişəm və qorxmaması üçün sadəcə yıxıldığımı deyərək evə tez gəlməsini xahiş etmişəm. Bacım işdən evə gəldiyi zaman isə baş verənləri danışmışam. Daha sonra anama olanları söyləmişəm. Həmin vaxt atam gecə növbəsində işlədiyi üçün evdə olmayıb. Hadisənin olduğu günün axşamı mən anam və bacım polis bölməsinə getdik. Baş verənləri orada danışdıq”.
 
Samirənin sözlərinə görə, anası Elmara onu və bacısını aparıb-gətirməsi üçün pul ödəyib: “Elmar hər dəfə məni götürməyə gələndə anam ona 1 manat verməyimi tapşırıb. Elmar isə 1 manatı götürmək əvəzinə, mənə 10-20 manat verib. Lakin həmin puldan imtina etmişəm. Anamı hər gün görə bilmədiyimdən, həmçinin bəzən atamın mənə xərclik qoymaq yadından çıxdığından anam Elmara mənə xərclik verməsini tapşırıb. Hadisə zamanı telefonum üzərimdə olub. Hadisə baş verdiyi vaxt kiməsə zəng etmək imkanım olmayıb. Hadisə zamanı Elmar mənim sinəmə toxunub. Mən isə qaçmaq istəmişəm. Lakin qaçmaq üçün imkanım olmayıb. Mən qaçmaq istəyəndə Elmar gödəkcəmin arxasından tutaraq məni avtomobilə mindirib və “sənə heç nə etməyəcəm” deyib. Hadisə zamanı qışqırmışam, Elmarı vurmuşam. Məni buraxmasını xahiş etmişəm. Elmar isə mənə “sənə heç nə etməyəcəm, gəl otur qabaqda” deyib. Elmar məni məcbur edərək qabaq oturacaqda oturtdurub. Elmarın mənə yaxınlaşmaması üçün dəfələrlə onu vurmuşam. Elmar mənə xəsarət yetirməyib. Elmar mənim sinəmdən tutub. Mən isə avtomobilin qapısını təpikləmişəm Elmar mənə dedi ki, seksual xarakerli hərəkətlər etməsən, sənin qızlığını pozacam. Hadisə ucqar ərazidə olub, orada heç kim olmayıb. Elmar mənim sinəmə toxunub. Heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sağlamlıq problemim olduğu üçün ekspertiza rəyində mənim qeyri-təbii yolla cinsi əlaqədə olmağım ilə bağlı əlamətlər olduğu qeyd olunub. Mən heç kimlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Oxşar xəbərlər
10:19, Bu gün
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
10:11, Bu gün
İlham Əliyev Sahir Şamşad Mirzanı qəbul etdi
10:10, Bu gün
“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..” 
09:56, Bu gün
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
09:48, Bu gün
Azərbaycana ət idxalı kəskin artıb: Qiymət niyə enmir? - VİDEO
09:40, Bu gün
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:24, Bu gün
Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
09:00, Bu gün
7 addımda başqalarından öndə olmaq üçün karyera İPUCLARI - Özünüzü tanıyın
08:56, Bu gün
Bakı metrosunda problem yarandı - FOTOlar
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
08:25, Bu gün
İran Prezidenti: Biz müharibə istəmirik
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:00, Bu gün
Passiv gəlir yaratmağın 5 YOLU 
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
07:39, Bu gün
Xoşbəxt cütlüklər yatmazdan əvvəl nə edirlər?
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 23:10
Hacıqabul sakinini ilan sancıb
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 22:04
İsrailin Baş Qərargahı: İrandakı sistemlərə imkanlarımızın bir hissəsindən istifadə edərək zərbələr endirmişik
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 20:12
Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
27 Oct 2024 | 18:58
"İsrailin zərbəsi İranın ballistik raketlər istehsal etmək imkanını sarsıdıb" - "Axios"
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 18:44
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir
27 Oct 2024 | 18:34
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
27 Oct 2024 | 18:25
Öləndən sonra bizi nə gözləyir? – Çox maraqlı CAVAB
27 Oct 2024 | 18:16
Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq
27 Oct 2024 | 18:07
Dörd BÜRCÜN oktyabrın sonunda elə xoşbəxt günləribaşlayacaq ki...
27 Oct 2024 | 17:57
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi
27 Oct 2024 | 17:38
Xameneidən AÇIQLAMA: "İsrailin hücumuna cavabı müəyyənləşdirəcəyik"
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:19
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 17:10
Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək
27 Oct 2024 | 16:59
Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib
27 Oct 2024 | 16:50
Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur
27 Oct 2024 | 16:49
"Əsl vətənpərvər odur ki, sən vətənə borclusan, vətən isə sənə borclu deyil" - Nevinomıssk şəhər meri
27 Oct 2024 | 16:42
Azərbaycan Basketbol Liqasında II tur başa çatıb
27 Oct 2024 | 16:30
İsrail Ordusu Livanda 4 hərbçisinin həlak olduğunu açıqlayıb
27 Oct 2024 | 16:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
27 Oct 2024 | 16:12
Kanada Ukraynaya zirehli transportyorlar GÖNDƏRDİ
27 Oct 2024 | 16:03
“WhatsApp” “Telegram”ın faydalı xüsusiyyətlərindən birini əldə edəcək
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 15:44
Balotellinin yeni klubu bilindi - Az maaşa razılaşdı
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:08
Parlament seçkiləri Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır - RƏY
27 Oct 2024 | 15:07
Azay Quliyev: "İlk dəfə olaraq özbək xalqı qarışıq sistem əsasında parlament üzvlərini seçəcək" 
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:48
12-ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı
27 Oct 2024 | 14:40
Kobaxidze: "Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək"
27 Oct 2024 | 14:37
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:31
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
27 Oct 2024 | 14:02
"İran BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib" - CNN
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 13:35
Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"
27 Oct 2024 | 13:27
Azərbaycanda 24 yaşlı qadın doğuşdan sonra öldü, araşdırma başladıldı
27 Oct 2024 | 13:26
Rusiyaya buna görə sanksiya tətbiq etdik - Sandu
27 Oct 2024 | 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
27 Oct 2024 | 13:20
Fransada erməni jurnalistə elektron qolbaq taxıldı
27 Oct 2024 | 13:12
Gürcüstan MSK sədri seçkilərin texniki tərəfini yüksək qiymətləndirib
27 Oct 2024 | 13:09
Birinci kurs tələbəsi vəfat etdi
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 12:48
Niyə başqasının nişan üzüyünü taxmaq olmaz?
27 Oct 2024 | 12:30
Qonşu qadını döyüb, qızını öldürdü: “Səhər durdum ki…”
27 Oct 2024 | 12:21
Adnan Oktarın 2 milyardlıq sərvətinin aqibəti
27 Oct 2024 | 12:12
Meteohəssas insanların nəzərinə
27 Oct 2024 | 11:59
MDB baş katibi Gürcüstandakı seçkiləri təriflədi
27 Oct 2024 | 11:51
Kobaxidze: Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 11:32
Sabah Bakıda yağış yağacaq - PROQNOZ
27 Oct 2024 | 11:27
Özbəkistanda parlament seçkiləri keçirilir
27 Oct 2024 | 11:20
Müdafiə Nazirliyi məlumat yaydı: noyabrın 1-dək məhv ediləcək
27 Oct 2024 | 11:16
ABŞ-nin Suriyadakı bazası atəşə tutulub
27 Oct 2024 | 11:07
Bu ölkədə növbədənkənar parlament seçkiləri keçirilir
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:40
BRİCS: Strateji tərəfdaşlığın yeni istiqaməti – ŞƏRH
GÜNLÜK
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
27 Oct 2024 | 11:44
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasına ən yaxşı ermənilər səs verdi...-90 faiz!..
27 Oct 2024 | 10:49
Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
27 Oct 2024 | 10:53
İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 11:34
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər"
27 Oct 2024 | 12:58
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 11:01
On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 Oct 2024 | 11:40
Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi