2915
06 Feb 2024 | 20:54

"Hanı bəs yapon qızları?": "Yaponiya gözəli" öz titulundan imtina edib, səbəb nədir?..

"Müsabiqənin qalibi milliyyəti ilə bərabər ikinci qalmaqal yaşamalı olub..."
 
"Yaponiya gözəli-2024" müsabiqəsinin 26 yaşlı qalibi, yapon modeli Karolino Siino tutulundan imtina edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, müsabiqənin keçirilməsi tarixində bu, ilk dəfədir ki, baş verib. Buna səbəb qalibin elan edilməsindən sonra baş verən iki qalmaqal olub.
 
Birinci qalmaqala səbəb Karolina Siinonun milliyəti olub, o, Ukrayna mənşəli yapon qadınıdır.
 
O, Ukraynanın Ternopol vilayətində anadan olub, 5 yaşında valideynləri boşanandan və anası indi soyadını daşıyan yapon kişisinə ərə gedəndən sonra Yaponiyaya köçüb. 
 
Qadın yalnız 2022-ci ildə Yaponiya vətəndaşlığı alıb.
 
Yaponiya KİV-ləri və sosial şəbəkələrdə münsiflər heyətinin ilk dəfə olaraq qələbəni yapon qadınına verməməsi qızğın müzakirələrə səbəb olub.
 
"Əlbəttə, gözəldir, lakin bu, "Yaponiya gözəli" müsabiqəsidir. Hanı bəs yapon qızları?" - münsiflər heyətinin seçimindən narazı olan sosial şəbəkə istifadəçiləri sual edib.
 
Müsabiqə təşkilatçıları bəyan edib ki, münsiflər heyəti Siiononu tam əminliklə qalib seçib.
 
"O, düzgün yapon dilində gözəl danışır və yazır. O, bizlərdən daha çox yapon xanımıdır", - bunu təşkilatçı Ay Vada deyib.
 
Lakin tarixçə bununla bitməyib və yeni qalmaqal yaranıb. "Kiodo" informasiya agentliyinin yazdığına görə, bir sıra yapon nəşrləri "Yaponiya gözəli"nin evli həkimlə sevgi macərası barədə məlumat verib.
 
Əvvəlcə müsabiqə təşkilatçıları bəyan edib ki, Siiono kişinin evli olduğunu bilməyib.
 
Lakin sonradan qız etiraf edib ki, yalan danışıb. Siiono üzrxahlıq edib, öz yalanını çaşqınlığı ilə izah edib və titulundan imtina edib.
 
Bundan sonra "Yaponiya gözəli" müsabiqəsi Assosiasiyası məlumat verib ki, titul ilin sonunadək vakant qalacaq.
 
Bəyan edilib ki, "yaranmış bir sıra nizamsızlıqlara görə məsuliyyəti barədə ciddi düşünməkdədir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər