Bizi sosial şəbəkələrdən izləyin:
SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.
Qaraağac kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 6 sakin qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.
İlqar Bağırov, Nurlan Zalov və Gülzaman Xudiyeva fərdi yaşayış evlərinin qazlaşdırılmasında tələb edilən mülkiyyət sənədinin olmamasını bildiriblər. Digər müraciətlər isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə yanaşı, sayğaca müdaxilə halının araşdırılması ilə bağlı olub.
Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin qeydiyyatını aparıblar.