Ronaldonun 39 yaşı tamam olur
İdman
2534
05 Feb 2024 | 12:53

Ronaldonun 39 yaşı tamam olur

Kriştiano Ronaldo fevralın 5-də 39 yaşını qeyd edir.
 
Moderator.az-ın xarici mediaya istinadla xəbərinə görə, portuqaliyalı futbol tarixinin ən yaxşı bombardiri, milli komanda səviyyəsində ən uğurlu oyunçu, eyni zamanda “Real”ın rekordçusudur.
 
O, karyerası ərzində beş “Qızıl top” qazanıb. Kriştianonun həmçinin Çempionlar Liqasında 5, Premyer Liqada 3, La Liqada 2, A seriyasında 2 qələbəsi var. 2016-cı ildə millinin üzvü kimi o, Avropa çempionu olub.
 
Ronaldo Lissabonun "Sportinq” klubunun yetirməsidir.  Hücumçu “Yuventus”, "Mançester Yunayted" və "Real"da da çıxış edib. Hazırda Kriştiano Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 2023/24 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər