Qubada qəza olub, piyada ölüb
Hadisə
2091
05 Feb 2024 | 09:20

Qubada qəza olub, piyada ölüb

Quba rayonu Xarovşa kəndində avtomobil piyadanı vuraraq öldürüb.

1952-ci il təvəllüdlü Quba rayonu, Xarovşa kənd sakini Məmmədov Ağarza Əsgər oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə yol infrastrukturuna aid olmayan örüş sahəsindəki torpaq örtüklü yolda hərəkətdə olarkən piyada Həsənova Zahidə Hacı qızını vurub. Nəticədə piyada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Link kopyalandı!
Son xəbərlər