İrəvanda Leninqrad uşaqlarının xatirə abidəsini təhqir edən şəxsin ölkədən çıxışına qadağa qoyulub
Dünya
1742
02 Feb 2024 | 20:37

İrəvanda Leninqrad uşaqlarının xatirə abidəsini təhqir edən şəxsin ölkədən çıxışına qadağa qoyulub

Ermənistanın paytaxtı İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyan barəsində ilkin hökm çıxıralıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ilkin hökm onun ölkədən çıxışına qadağanın qoyulması formasındadır.

O, Ermənistan Cinayət Məcəlləsinin nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təşviq edilməsi məqsədi daşıyan açıq bəyanatlar, habelə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə bu məqsədlə materialların yayılması maddəsi ilə ittiham olunur və 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər