DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
Kriminal
1553
01 Feb 2024 | 19:30

DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” tapançası, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər