Ermənistan təhlükəsizlik reytinqində Azərbaycanı 25 pillə üstələdi?...-“NUMBEO”
Ekskluziv
2750
31 Jan 2024 | 09:57

Ermənistan təhlükəsizlik reytinqində Azərbaycanı 25 pillə üstələdi?...-“NUMBEO”

Beynəlxalq miqyasda tanınan “NUMBEO” analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin icmal məlumatlarına əsasən , Ermənistan dünyanın 146 ən təhlükəsiz ölkəsi arasında 7-ci yeri tutaraq öz ötənilki mövqeyini qoruyub(burada:)
 
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
 
Həmin portalın məlumatına görə, İrəvan da mövqeyini yaxşılaşdırıb. Paytaxt İrəvan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub(burada:
 
Dünyanın təhlükəsiz ölkələri siyahısında  Azərbaycan  2023-cü ildəki 33-cü yerdən 32-yə yüksəlib. Bakı isə təhlükəsizliyinə görə  67-ci yeri tutub.
 
“Yeri gəlmişkən, Ermənistan və İrəvan həm regionda, həm də MDB ölkələri və şəhərləri arasında reytinq cədvəlində liderdirlər”- erməni nəşri belə yazır.
 
P.S. “NUMBEO” portalının nə dərəcədə obyektiv olduğunu deyə bilmərik. Amma təqdim etdikləri rəqəmlər göz qabağındadır...
 
S.Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər