3007
28 Jan 2024 | 21:44

"Ukrayna uduzarsa, Macarıstan Zakarpatye vilayətinə iddia edəcək" - macar partiyasının lideri

"Beynəlxalq malliyyə təsisatları tərəfindən təzyiq Ukraynada müharibəyə səbəb olub..."
 
"Ukrayna dünyada ən böyük investiya fondu tərəfindən satın alınıb..."
 
Macar partiyasının lideri Zelenskini satqınçılıqda ittiham edib və açıq şəkildə Zakarpatyeyə iddia edib...
 
Ukrayna Rusiya ilə savaşda məğlub olarsa, Macarıstan Zakarpatye vilayətinə iddia edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın "Mi Hazank" ("Bizim Vətənimiz") partiyasının lideri Laslo Torotskai yanvarın 27-də Budapeştdə illik partiya konfransında bəyan edib. Məlumatı Macarıstanın "İndex" nəşri yayıb.
 
Macar siyasətçisi əmin edib ki, onun partiyası Ukraynada müharibənin sona şatmasına, yəni atəşin dərhal dayandırılmasına, sülhə və vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına tərəfdar çıxır.
 
"Bizim Vətənimiz" dərhal atəşin dayandırılması və sülhə çağırış edir. Əgər müharibənin sonunda Ukrayna dövlətçiliyi itiriləcəksə, o zaman partiyamız Zakarpatye vilayətinə iddia edəcək", - Torotskai bəyan edib.
 
Macar siyasətçisi Rusiya təbliğatının narrativlərini təkrarlayıb. O, bəyan edib ki, "beynəlxalq maliyyə təsisatları tərəfindən təzyiq" Ukrayna ərazisində müharibəyə gətirib çıxarıb, "Avropanı dağıdıb və qitə iqtisadiyyatını iflasa uğradıb", Ukrayna prezidenti Vladimir Zelenski isə "ölkəsini, sadəcə, Amerika şirkətinə satıb".
 
O cümlədən, Torotskai qeyd edib ki, "Ukrayna Amerikanın mənzil-qərargahı Nyu-Yorkda yerləşən "BlackRock" beynəlxalq şirkətinin investisiya fondu tərəfindən satın alınıb". "BlackRock" şirkətinin aktivləri 2022-ci ilin sonuna 8, 59 trilyon dollar təşkil edib, hazırda 10 trilyon dollardan artıqdır.
 
Siyasətçi həmçinin baş nazir Viktor Orban və onun "Fides" partiyasının xarici siyasətini tənqid edib, lakin Rusiya və Türkiyə ilə əməkdaşlığa açıq olduğuna görə tərifləyib və əlavə edib ki, "bu, bütün qlobal məsələlərdə onlara qarşı çıxmaq üçün yetərli deyil".
 
Qeyd edək ki, Laslo Trotskai ilk dəfə deyil ki, Ukrayna əleyhinə bəyanatlarla çıxış edir. Belə ki, 2022-ci ilin noyabrında Polşanı Müstəqillik Günü münasibətilə təbrik edərkən, Torotskai "Polşa-Macarıstan ümumi sərhəddə yenidən görüşməyi" arzu edib.
 
Bununla da o, Zakarpatyenin 1939-cu ildə Macarıstan tərəfindən qəsb edilməsimə eyham vurub. Ukrayna XİN onun sözlərini qəbuledilməz adlandırıb və Budapeştə onu pisləməyə çağırış edib.
 
O, həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olmasının əleyhinə çıxıb, çünki bu, guya, Rusiyanın müharibədə şanslarını yüksəldir.
 
Macarıstan Rusiyaya Ukraynanı məhv etməsində kömək edir
 
Hələ Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən öncə macar diplomatları Zakarpatyedə Macarıstan pasportlarını paylamağa başlayıb, bu da böyük diplomatik qalmaqala səbəb olub.
 
2022-ci ildə Macarıstan baş naziri Viktor Orban bəyan edib ki, Avropa İttifaqının Ukrayna müharibəsi ilə bağlı yeni strategiyaya ehtiyacı var, çünki Moskvaya qarşı sanksiyalar "işlək deyil" və əlbəttə ki, onları aradan qaldırmaq lazımdır. O, həmçinin bəyan edib ki, Ukraynada müharibədən yan keçmək olardı. 
 
Öz növbəsində Rusiyanın müxalif siyasətçisi və hüquq müdafiəçisi Mark Feyqin bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Orbana dəstək əvəzinə Ukraynanın bir hissəsini, məhz Zakarpatyeni vəd edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər