Gəncədə zəncirvarı qəza olub: Xəsarət alanlar var - FOTO
Hadisə
2156
28 Jan 2024 | 11:20

Gəncədə zəncirvarı qəza olub: Xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə qapıların yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki “Mercedes-Benz” və VAZ 2107 markalı minik maşınları toqquşub.

Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

 

 

Link kopyalandı!
Son xəbərlər