Tərtərdə silah-sursat aşkar edilib
Qarabağ
1581
27 Jan 2024 | 10:17

Tərtərdə silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Link kopyalandı!
Son xəbərlər