İl-76 təyyarəsinin qəzaya uğraması: Rusiya Dövlət Duması Ukraynanın terrorçu dövlət kimi tanınmasını tələb edir
Ekskluziv
2147
25 Jan 2024 | 00:29

İl-76 təyyarəsinin qəzaya uğraması: Rusiya Dövlət Duması Ukraynanın terrorçu dövlət kimi tanınmasını tələb edir

"Terrorçu dövlətin vətəndaşlarının əmlakının müsadirə edilməsini nəzərdə tutan müvafiq qanun layihəsi işlənib hazırlanıb..."
 
"Belə təyyarədə hərbi əsirlərin daşınması mağazanı ziyarət etmək üçün helikopterdən istifadəyə bənzəyir..."
 
Rusiya Dövlət Duması Ukraynanın terrorçu dövlət kimi tanınmasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu çağırışla Belqorod vilayətində Rusiyanın  İl-76 təyyarəsinin qəzaya uğramasından sonra "Ədalətli Rusiya-Həqiqət uğrunda" partiyasından olan deputatlar çıxış edib. Məlumatı "life.ru" nəşri yayıb.
 
Fraksiya lideri Sergey Mironov SİTA agentliyinə məlumat verib ki, artıq "terrorçu dövlətin" vətəndaşlarının əmlakının müsadirə edilməsini nəzərdə tutan müvafiq qanun layihəsi işlənib hazırlanıb.
 
Xatırladaq ki, bu gün səhər Belqorod yaxınlığında Rusiyanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya bəyan edib ki, İl-76 təyyarəsi Ukrayna hərbçiləri tərəfindən vurulub.
 
Rusiya tərəfinin iddiasına görə, təyyarədə Ukrayna sərhəddinə mübadilə üçün çatdırılacaq Ukrayna Silahlı Qüvvələrinin 65 nəfər hərbi qulluqçusu, altı nəfər ekipaj üzvü və üç nəfər müşahidə edən şəxs olub. Onların hamısı həlak olub.
 
Ukrayna tərəfinin məlumatına görə, nəqliyyat təyyarəsi C-300 kompleksləri üçün raketlər daşıyıb.  Ukrayna təyyarənin onun hərbçiləri tərəfindən vurulduğunu rəsmən təsdiq etməyib. Lakin USQ Baş Qərargahı bəyanatla çıxış edib.
 
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod hava limanına Xarkov şəhəri və Xarkov vilayətinin atəşlərə məruz qoyulması üçün raketlər daşıyan hərbi-nəqliyyat təyyarələrini məhv etməkdə davam edir", - Ukrayna Baş Qərargahının məlumatında deyilir.
 
Bu arada isə Rusiya təyyarə qəzası nəticəsində ukraynalı hərbi qulluqçuların həlak olması barədə öz versiyasına təkid edir. Kreml təbliğatçısı Marqarita Simonyan təyyarədə olan ukraynalıların, onun sözlərinə görə, siyahısını dərc edib.
 
Bu siyahının həqiqətə uyğun olmasının hər-hansı sübutları yoxdur. Ukrayna KİV-ləri təqdim edilən siyahıda yanvarın 3-də mübadilə edilən əsirıərin soyadlarını aşkar edib. Bundan başqa, Rusiyanın bəzi kanallarında təyyarədə Rusiyanın danışıqlar qrupunun olduğu barədə məlumat yayıb.
 
"Həlak olanlar arasında Abramoviçin köməkçisi və Ramzan Kadırov tərəfindən danşıqlarda nümayəndələr, həmçinin Müdafiə Nazirliyinin zabitləri olub. Bu, fəlakətdir. Son il ərzində hərbi əsirlərin mübadiəsini təmin edən insanlar həlak olub", - bunu "Brifinq" kanalı öz mənbəyinə istinadən yazıb.
 
Qərb ekspertləri hərbi qulluqçuların həlak olması barədə Rusiya versiyasını "az ehtimal edilən" adlandırıb.
 
Belə ki, ABŞ ordusunun Avropada Rusiya işləri üzrə sabiq xüsusi müşaviri Mark Voyger "Sky News" telekanalına müsahibəsində hərbi əsirlərin belə təyyarədə daşınmasını "mağazanı ziyarət etmək üçün helikopterdən istifadə edilməsi" ilə müqayisə edib.
 
Bundan başqa, o, qeyd edib ki, Rusiyanın nəqliyyat təyyarəsinin uçuş trayektoriyası barədə ilkin məlumatlar onun Rusiyanın iddia etdiyi kimi Ukrayna sərhəddinə tərəf deyil, şimala uçmasından xəbər verir.
Link kopyalandı!
Son xəbərlər