Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda!
Dünya
1940
24 Jan 2024 | 10:32

Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda!

Məhkum həyatı yaşayan “Çiflik Bank”ın qurucusu “Tosuncuk” ləqəbli Mehmet Aydının həbsxanadan çəkilmiş fotosu gündəm olub.

Foto Türkiyə mətbuatında yayılıb.

Belə ki, 20 gün əvvəl çəkilən fotoda Aydının 110 kiloqramdan 80 kiloqrama kimi arıqladığı bildirilib.

 

29 aydır Ədirnənin Qapalı həbsxənasında məhkum həyatı yaşayan Aydının həm idmanla məşğul olduğu, həm də pəhriz saxladığı deyilib.

Qeyd edək ki, Türkiyədə 100 mindən çox şəxsi dələduzluq edərək pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu. Onun böyük qardaşı Fatih Aydın da eyni maddə ilə təqsirləndirilərək 2 il 6 ay həbs cəzası alıb.(“Qafqazinfo”)

Link kopyalandı!
Son xəbərlər