Antalyada çimərlikdən tapılan cəsədlərdən birinin kimliyi bilindi
Dünya
1890
23 Jan 2024 | 16:00

Antalyada çimərlikdən tapılan cəsədlərdən birinin kimliyi bilindi

Türkiyədə, Antalyanın Serik rayonunda çimərlikdə tapılan cəsədlərdən birinin yanvarın 4-də yoxa çıxan 18 yaşlı Merve Şevval Elmas olduğu müəyyən edilib.

Məlumata görə, İstanbulda yaşayan Osman Elmas yanvarın 4-dən Qastronomiya fakültəsinin 1-ci kurs tələbəsi olan qızı Merve Şevval Elmasla əlaqə saxlaya bilməyincə itkin düşdüyü ilə bağlı polisə məlumat verib. Antalyaya gələn Osman Elmas qızını tapmaq üçün polisə ifadə də verib.

Antalya rayon polis əməkdaşları Merve Şevval Elmasın tapılması üçün əməliyyat keçiriblər. Onun meyiti Antalya çimərliyində tapılıb.

Qeyd edək ki, Antalya çimərliklərində altı gündə doqquz cəsəd tapılıb ki, onlardan birinin Merve Şevval Elmas olduğu müəyyən edilib.

Mənbə: cumhuriyet.com

Link kopyalandı!
Son xəbərlər