Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb
Siyasət
2112
22 Jan 2024 | 19:27

Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.

Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.

"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, bildirib.

Qeyd edək ki, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər