Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Hadisə
2474
21 Jan 2024 | 15:10

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
 
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər