Ağdamda mina partlayıb, xəsarət alan var
Hadisə
2522
21 Jan 2024 | 14:11

Ağdamda mina partlayıb, xəsarət alan var

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
 
DİN-in mətbuat xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
 
Araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər