Namibiya Prezidentinə xərçəng diaqnozu qoyulub
Dünya
2160
19 Jan 2024 | 21:22

Namibiya Prezidentinə xərçəng diaqnozu qoyulub

Namibiya Prezidenti Haqe Geynqoba xərçəng diaqnozu qoyulub.

Bu barədə Prezident dəftərxanası məlumat yayıb.

Qeyd edilir ki, 82 yaşlı siyasətçi müalicə alacaq, lakin öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Namibiyada prezident və parlament seçkiləri bu ilin sonunda keçiriləcək.

Bundan əvvəl Geynqob prostat xərçəngindən əziyyət çəkib.

“Dövlət başçısı hər il keçirilən müntəzəm tibbi müayinələr çərçivəsində kolonoskopiya və qastroskopiyadan keçib, ardınca biopsiya aparılıb. Nəticədə orqanizmdə xərçəng hüceyrələri aşkarlanıb. Həkim heyətinin məsləhəti ilə Prezident xərçənglə mübarizə üçün müvafiq müalicə kursu keçəcək”, - bəyanatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər