Aİ-nin XİN başçıları Ukraynaya hərbi və maliyyə yardımının gücləndirilməsini müzakirə edəcəklər
Siyasət
2106
19 Jan 2024 | 19:15

Aİ-nin XİN başçıları Ukraynaya hərbi və maliyyə yardımının gücləndirilməsini müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin xarici işlər nazirləri (XİN) bu ilin yanvarın 22-nə planlaşdırılan Aİ Şurasının ilk iclasında Ukraynaya hərbi və maliyyə dəstəyinin gücləndirilməsini müzakirə edəcəklər.

Bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Məqsəd Ukraynaya hərbi və maliyyə dəstəyinin necə gücləndirilməsinin müzakirəsi, işlərin necə getdiyini görməkdir”, - o bildirib.

Link kopyalandı!
Son xəbərlər