Dünən Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərib.
Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.
Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.
Bəs görəsən burada əsas məqsəd və məram nədən ibarətdir?
Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva Moderator.az-a danışdı.
"Öncəliklə onu qeyd etmək lazımdır ki, Avropa Birliyinin Ermənistan Azərbaycan sərhəddindəki "mülk misiyası"nın fəaliyyəti və bunun ətrafındakı mövzular Avropa İttifaqının Cənubi Qafqazı genişlənmək siyasəti ilə paralel Azərbaycana qarşı Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik komissarlığı tərəfindən aparılan aqressiv diplomatiyasının nümayişidir.
Onu da qeyd edim ki, bu gün ard-arda 2 xarici əlaqələr və təhlükəsizlik komissarlığının sürücüsü Peter Stano, həmçinin Avropanın Azərbaycan daxilindəki nümayəndəliyinin Peter Mixalko Azərbaycana qarşı reallığı əks etdirməyən fikirlər səsləndirmişdilər. Bu fikirlərin hamısı ümumilikdə Avropa birliyi xüsusi əlaqələr komissarı Jozef Barelin tirajladığı erməni yalanları və Ermənistan dövlətlərinin rəsmi tezisləri ətrafında bir başa qaynaqlanır.
Amma Ermənistanda Azərbaycanla sərhəddə 1500 yarım hərbi patrulun müşahidə prosesi özü nəyə xidmət edir sualının bir cavabı var.
Peter Stano bu gecə Azərbaycana qarşı çıxışı zamanı fikirlərində Azərbaycana qarşı yönəlmiş məsələlərdən biri də sərhədlərin toxunulmazlığı və sair kimi mövzu oldu. Məsələ ondadır ki, Avropa İttifaqı 30 il ərzində Azərbaycan torpaqlarının işğal olduğu dövrlərdə bir dəfə də olsun Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik komissarlığı məhz Ermənistana Avropa ittifaqı adından sərhədlərin toxunulmazlığı barədə bir dəfə də olsun fikrini bildirməyib. Amma hal hazırki dövrdə Avropa İttifaqının, əslində bu ad altında Fransanın regiona yerləşmə məqsədləri üçün sərhəddə bir gərginlik görüntüsü yaratmağa çalışır. Bu gərginlik görüntüsündən də Fransa istifadə edərək regionda genişlənmək istəyir.
Qeyd edim ki, son illər Fransa aktiv tərzdə Cənubi Qafqazda hərbi mövcudluğu formalaşdırmaq üçün ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır.
44 günlük Vətən müharibəsinə qədər bu iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyildi.
Hal hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkşafını üç istiqamətdə: iki tərəfli, Aİ missiyası və Nato çərçivəsində davam etdirmək üçün hüquqi bazalar formalaşdırır. Keçən iki il ərzində ölkələr arası razılaşmalara görə Fransa Ermənistana hava hücumundan müdafiə, hərbi alpinizm, sülhməramlı və Aİ-nin missiyası çərçivəsində hərbi yardımlar göstərir.
Xatırladım ki, bütün bunların fonunda da Fransa senatı məhz Fransa dövlətini Laçın dəhlizinin 10 noyabr statusunun bərpa olunması üçün Ermənistana Azərbaycanla sərhədlərə hərbi qüvvə yeritməyə və Azərbaycana qarşı sanksiyalara çağırıb.
Yəni ümumilikdə bunların hamısını bir mənzərədə görmək lazımdır. Avropa xarici əlaqələr və təhlükəsizlik komissarlığının sürücüsü belə bir görüntü yaradır, Fransa isə senat vasitəsi ilə bundan istifadə edib regiona yerləşmək hüquqi əsaslar yaratmağa səylər edir, daxildən də Peter Mixalka yalan tirajlamaqla bizi beynəlxalq müstəvidə zəif salmağa hesablanmış açıqlamalar edir. Yəni Azərbaycana qarşı ümumi bir oyun gedir".
Zülfiyyə Hüseynova