KİV: Arnold Şvartsenegger Almaniyada qaçaqmalçılığa görə saxlanılıb -xa0FOTO
Dünya
1960
17 Jan 2024 | 19:30

KİV: Arnold Şvartsenegger Almaniyada qaçaqmalçılığa görə saxlanılıb -xa0FOTO

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərindən Almaniyanın Münhen şəhərinə gələn məşhur aktyor Arnold Şvartsenegger hava limanında saxlanılıb. 
 
Moderator.az xəbər verir ki, alman mediasında yayılan xəbərlərə görə, Münhen hava limanına enən Şvartsenegger “Audemars Piguet” markalı, 26 min avro dəyərində olan lüks saatını gömrük orqanlarına bəyan etməyib. Buna görə də məşhur ulduz gömrük işçiləri tərəfindən, təxminən 3 saat hava limanında saxlanılıb. Bu əməlinə görə Arnold Şvartsenegger 35 min avro cərimələnib. Aktyorun cəriməni kredit kartı ilə ödəniş etmək tələbi belə, rədd edilib. “Terminator”a bildirilib ki, Almaniyanın gömrük qaydalarına görə, cərimənin yarısı nağd şəkildə ödənilməlidir. O, səlahiyyətli şəxslərin müşayiəti altında banka gedərək nağd pul çıxarıb. Məşhur aktyor cəriməni ödədikdən sonra sərbəst buraxılıb. 
 
Münhen Hava Limanı Gömrük Müdirliyinin sözçüsü Tomas Meister mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, Şvartsenegger saatını Avropa İttifaqının sərhədləri daxilində satmaq niyyətində olduğu üçün vergi ödəməliydi. Məlum olub ki, İsveçrənin lüks markası “Audemars Piguet” tərəfindən Şvartsenegger üçün xüsusi olaraq istehsal edilən sözügedən saat Avstriyanın Kitzbuehel şəhərində, bir iqlim dərnəyi üçün keçiriləcək ianə kampaniyasında hərraca çıxarılacaqmış.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər