Türkiyə klubu
İdman
1916
11 Jan 2024 | 11:55

Türkiyə klubu "Fənərbağça" ilə oyundan sonra baş məşqçisini istefaya göndərib

Türkiyənin "Konyaspor" komandası baş məşqçisi Hakan Keleşlə yollarını ayırıb.

Bu barədə bölgə təmsilçisinin sözçüsü Yunus Derabağ açıqlama verib.

O, rəhbərliyin bu qərarı qəbul etdiyini söyləyib. Klub rəsmisi yeni baş məşqçi ilə bağlı axtarışlara başladıqlarını vurğulayıb.

Qeyd edək ki, "Konyaspor" ötən gün Superliqada "Fənərbağça"ya 1:7 hesabı ilə uduzub. Komanda 19 turdan sonra turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Link kopyalandı!
Son xəbərlər