Mbappenin anası “Real Madrid”in prezidentini ittiham etdi
İdman
1822
03 Jan 2024 | 12:18

Mbappenin anası “Real Madrid”in prezidentini ittiham etdi

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappenin anası, eyni zamanda onun agenti olan Faiza Lamari “Real Madrid”in prezidenti Florentino Peresi oğluna təzyiq göstərməkdə ittiham edib.

Məlumatı İspaniya mətbuatı yazıb.

Fransalı futbolçunun anası iddia edib ki, K.Mbappenin “Real”a keçidini sürətləndirmək üçün F.Peres İspaniya mətbuatına bəzi məlumatlar sızdıraraq futbolçuya psixoloji təzyiq göstərir.

Hələlik “Kral klubu” bu iddiaları şərh etməyib.

Mənbə: The Athletic

Link kopyalandı!
Son xəbərlər